11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Yekaterinburqda artıq altı nəfərin barəsində həbs qətimkan tədbiri seçilib

Yekaterinburq məhkəməsinin qərarına əsasən, azərbaycanlıların işi üzrə təqsirləndirilən altıncı şəxs olan Bəkir Səfərov da 72 saat müddətinə həbsdə saxlanılacaq.

29 İyun 2025 17:20
Yekaterinburqda artıq altı nəfərin barəsində həbs qətimkan tədbiri seçilib

BAKI, AzerVoice

Yekaterinburq məhkəməsinin qərarına əsasən, azərbaycanlıların işi üzrə təqsirləndirilən altıncı şəxs olan Bəkir Səfərov da 72 saat müddətinə həbsdə saxlanılacaq.

AzerVoice xəbər verir ki, yerli medianın məlumatına görə, dövlət ittihamçısı şərh verməkdən imtina edib.

xxx

16:56

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

AzerVoice-un məlumatına görə, Əhliman Gənciyevin vəkili jurnalistlərə bildirib ki, onun müdafiə etdiyi şəxs çətinliklə hərəkət edir.

Hazırda müdafiə tərəfi ədalətin bərqərar olunmasına nail olmağa çalışır.

xxx

15:57

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Şahin Lalayev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

AzerVoice xəbər verir ki, hazırda iş üzrə Gənciyev Əhliman Səttar oğlunun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

Daha sonra Bakir Səfərov hakim qarşısına çıxarılacaq.

xxx

15:11

Yekaterinburq Lenin Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilir.

AzerVoice xəbər verir ki, iş üzrə dördüncü şübhəli şəxs Lalayev Şahin Məmmədəli oğludur.

Hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

xxx

14:54

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı barəsində həbs qətimkan tədbiri seçilən üçüncü şəxs Ayaz Səfərov olub.

AzerVoice xəbər verir ki, onun da barəsində iş üzrə saxlanılan digər iki azərbaycanlı - Məzahir və Akif Səfərovlar kimi, 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Yerli mətbuatın məhkəmə zalından yayımladığı videoda Ayaz Səfərovun üzündə xəsarət izləri görünür.

13:26

xxx

Yekaterinburqda şübhəli şəxs qismində saxlanılan daha bir azərbaycanlı - Ayaz Səfərov məhkəmə salonuna gətirilib.

xxx

13:23

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində 22 günlük həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

AzerVoice xəbər verir ki, o, şübhəli şəxs qismində tanınır.

xxx

Məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.

AzerVoice xəbər verir ki, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var.

X X X

Rusiyanın Yekaterinburq şəhərində saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

AzerVoice xəbər verir ki, o, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Məqalədə: #Azərbaycan #Rusiya #Yekaterinburq hadisələri

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.