Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı araşdırma aparılır
Yekaterinburqda azərbaycanlılara qarşə törədilən cinayətlə bağlı Azərbaycan Prokurorluğunda da Rusiyada da araşdırma aparılır.
Rəsmi Bakıdan Rusiya XİN-in AZAL təyyarəsi ilə bağlı komensasiya ödənişlərinə dair iddiasına cavab
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyilir.
Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri axtarışa verilib
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki diasporunun rəhbəri Şahin Şıxlinski Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Məlumata əsasən, Şıxlinski cinayət işi üzrə axtarışdadır. Lakin onun Rusiya Cinayət Məcəlləsinin konkret hansı maddəsi üzrə axtarışa verildiyi açıqlanmır.
Regionda yüksələn güc
Londonda yayınlanan Əl-Avsat qəzeti Rusiya və Azərbaycan arasında yaşanan gərginlik haqqında geniş məqalə hazırlayıb
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradları əsassızdır.
Yekaterinburqda baş vermiş hadisəyə görə Azərbaycanda cinayət işi başlanıb və buna kifayət qədər hüquqi əsas var - Baş Prokurorluq rəsmisi
Azərbaycan tərəfi heç bir dövlətin, hansısa qurumun daxili işlərinə qarışmaq niyyətində deyil.
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski şahid qismində dinləndirilir
Saxlanılan Şahin Şıxlinski Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində şahid qismində dindirilir.
Ziyəddin Səfərovun ölümünə səbəb çoxsaylı xəsarətlər olub
Ziyəddin Səfərovun ölüm səbəbi Rusiyada edilən ekspertiza zamanı ürəktutması kimi qeyd olunub.
Yekaterinburqda qətlə yetirilən qardaşlar işgəncələrə məruz qalıblar
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının cəsədlərinin ekspertiza nəticələrinə görə, sözügedən şəxslər işgəncələrə məruz qalıblar.
Ağcabədidə Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlarla vida mərasimi keçirilib
Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarıyla vida mərasimi keçirilib.
Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin ekspertizası başlayıb
Yekaterinburqda qətlə yetirilən azərbaycanlıların - Hüseyn və Ziyəddin Səfərov qardaşlarının meyitlərinin ekspertizası başlayıb.
Yekaterinburqda qətlə yetirilən azərbaycanlıların meyitləri Bakıya gətirilib
Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşi "Ural Airlines" şirkətinə məxsus təyyarə ilə Bakıya gətirilib.