Bakı. AzerPress:
Türkiyədə idman sahəsində şiddətin olmasına heç vaxt icazə verməyəcəyik.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu axşam oynanılan MKE Ankaragücü – Çaykur Rizespor futbol matçından sonra hakim Halil Umut Melərə edilən hücumu qınayır, ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya gələ bilməz.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu