10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə Qəzza missiyasında iştirak üçün ABŞ-dən təminat istəyib

Qəzza zolağında atəşkəs və sülh prosesinə dair diplomatik təşəbbüslərin mərkəzində Türkiyə ordusunun mümkün iştirakı müzakirə olunur. Məlumata görə, Türkiyə beynəlxalq barış missiyasına qoşulmaq üçün ABŞ-dən İsrail qüvvələri ilə birbaşa təmasdan çəkinmək barədə təminat tələb edib. Həmçinin İndoneziya da bu missiyanın sırf “barış gücü” statusunda qalacağı və İsrail qüvvələri ilə toqquşma yaşanmayacağı barədə təminat istəyib.

24 Oktyabr 2025 19:33
Türkiyə Qəzza missiyasında iştirak üçün ABŞ-dən təminat istəyib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Qəzza missiyasında iştirak üçün ABŞ-dən təminat istəyib

AzerVoice xəbər verir ki, Qəzza zolağında atəşkəs və sülh prosesinə dair diplomatik təşəbbüslərin mərkəzində Türkiyə ordusunun mümkün iştirakı müzakirə olunur. Məlumata görə, Türkiyə beynəlxalq barış missiyasına qoşulmaq üçün ABŞ-dən İsrail qüvvələri ilə birbaşa təmasdan çəkinmək barədə təminat tələb edib.

Həmçinin İndoneziya da bu missiyanın sırf “barış gücü” statusunda qalacağı və İsrail qüvvələri ilə toqquşma yaşanmayacağı barədə təminat istəyib.

Təl-Əviv administrasiyası barış missiyasının fəaliyyətindən əvvək itkin düşmüş şəxslərin və cəsədlərin qaytarılması prosesinin tam başa çatdırılmasını tələb edib.

ABŞ administrasiyası isə Fələstin müqavimət qruplarının mərhələli şəkildə silahsızlaşdırılmasını tələb edir, lakin bu proses üçün konkret vaxt cədvəli açıqlamaqdan çəkinir. Vaşinqtonun məqsədi həm siyasi çevikliyi qorumaq, həm də HƏMAS-la birbaşa qarşıdurmadan yayınmaqdır.

Misir rəhbərliyi də prosesə ehtiyatla yanaşır. Qahirə, HƏMAS infrastrukturunun tam məhv edilməsini və ya İsrail əvəzinə döyüşəcək beynəlxalq qüvvənin bir hissəsi olmağı qəbul etmir. Misirin iştirak üçün üç əsas şərti var: açıq beynəlxalq razılaşma, səlahiyyətlərin məhdud şəkildə müəyyən edilməsi və İsrail qüvvələrinin bu mexanizmlə birgə hərəkət etməməsi.

Səudiyyə Ərəbistanı isə “ertəsi gün” planı çərçivəsində Fələstin İdarəsinin gücləndirilməsini və HƏMAS-ın mərhələli şəkildə neytrallaşdırılmasını təklif edir. Riyad, 1967 sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasını daimi həllin əsası kimi görür.

Səudiyyə tərəfi, həmçinin BMT nəzarətində beynəlxalq barış qüvvəsinin Qəzza zolağında yerləşdirilməsini və keçid dövründə bu qüvvə ilə Fələstin İdarəsi arasında sıx əməkdaşlıq yaradılmasını dəstəkləyir.

Məqalədə: #Fələstin #Səudiyyə Ərəbistanı #Misir #HƏMAS #İndoneziya #Əl-Qəssam Briqadaları #Trampın Yaxın Şərq siyasəti #Qəzza humanitar böhranı #Yaxın Şərq Sülh Sammiti #Türkiyənin Qəzza siyasəti

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

9 Sentyabr 08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

9 Sentyabr 00:22

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.