12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş “Neft bumu hamıya gülümsəyir” festivalının açılışı olub.

17 Noyabr 2025 23:05
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib

BAKI,AzerVoice

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş “Neft bumu hamıya gülümsəyir” festivalının açılışı olub.

AzerVoice xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mərkəzin direktoru Anna İbrahimbəyova layihəni dəstəkləyən və onun hazırlanmasında iştirak edən hər kəsə minnətdarlığını bildirib. Kurator Nigar Rzayeva qeyd edib ki, festival teatr, ədəbiyyat, kino, təsviri incəsənət və müasir düşüncəni bir araya gətirir, keçmişlə indiki zaman arasında canlı mədəni dialoq yaradır.

N.Rzayeva vurğulayıb ki, Maqsud İbrahimbəyovun eyniadlı pyesi əsasında yaradılan festival insanın böyük bir irəliləyişin astanasında dayandığı anı təsvir edir.

“Baş qəhrəman çaşqınlıq hiss edir. Bu yeni mərhələnin onu hara aparacağını bilmir. Bu gün biz də öz texnoloji, sürətli və həyəcanlı “bum”umuzda yaşayırıq. Dövrlər dəyişir, amma insanın daxili dünyası və əsas dəyərləri dəyişməz olaraq qalır”, - deyə N.Rzayeva qeyd edib.

Festival müəllifin yaradıcı irsindən ilhamlanan çoxjanrlı bir məkan yaradır və onun əsərlərinin bədii potensialını yenidən kəşf edir. 1960-cı illərdə yazılmış “Neft bumu hamıya gülümsəyir” pyesi seçim, məsuliyyət və taleyin universal mövzularını XXI əsrdə də aktuallığını qoruyan suallar kimi ortaya çıxarır.

Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Firdovsi Atakişiyevin Maqsud İbrahimbəyovun “Timka ilə neftimiz” hekayəsinin hissə-hissə oxunuşu ilə davam edib.

Mərasimin sonunda tanınmış rusiyalı jurnalist Mixail Qusman dostu Maqsud İbrahimbəyov haqqında səmimi xatirələrini bölüşüb. O, Maqsudla tanış olmaq və ünsiyyət qurmaq fürsətinin “taleyin bir hədiyyəsi” və çox dəyərli bir həyat təcrübəsi olduğunu vurğulayıb.

M.Qusman qeyd edib ki, o, İbrahimbəyovu təkcə görkəmli yazıçı və dramaturq kimi deyil, həm də olduqca gənc və enerjili bir insan kimi xatırlayır.

Onun fikrincə, Maqsud İbrahimbəyov əbədi olaraq Azərbaycanın ən dəyərli oğullarından biri - ölkəsini və xalqını sonsuz sevən, doğma torpağına bütün varlığı ilə sadiq bir şəxsiyyət olaraq qalacaq.

Qeyd edək ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin fəaliyyəti yazıçının irsinin qorunması və yeni mədəni təşəbbüslərin dəstəklənməsinə yönəldilib. Festival bu missiyanı keçmişi və bu günü birləşdirərək, nəsillər arasında dialoq məkanını genişləndirərək və bu gün də əhəmiyyətini itirməyən müəllifin ideyalarına diqqəti qaytararaq davam etdirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Maqsud İbrahimbəyov #Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi #Anna İbrahimbəyova #Neft bumu hamıya gülümsəyir festivalı

Mövzu üzrə digər xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
İslam və Tarix

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları

11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
Ərəb turizmi

BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır

10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt

Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır

10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
Avto İcmal və Testlər

701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı

10:11

Son Xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.