5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İmralıya komissiya səfərində müsbət nəticə əldə olundu - TBMM

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyasının üzvlərindən ibarət heyət İmralı Yüksək Təhlükəsizlikli Cəza-İcra Müəssisəsinə səfər edib.

24 Noyabr 2025 23:25
İmralıya komissiya səfərində müsbət nəticə əldə olundu - TBMM

BAKI,AzerVoice, Orxan Qədirzadə

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyasının üzvlərindən ibarət heyət İmralı Yüksək Təhlükəsizlikli Cəza-İcra Müəssisəsinə səfər edib.

AzerVoice xəbər verir ki, komissiyanın səfəri haqqında məlumatı TBMM Aparatı açıqlayıb. Bildirilib ki, səfər “prosesin irəlilədilməsi baxımından müsbət nəticələr verib”.

Məlumata görə, komissiya İmralıya səfər qərarını TBMM-də keçirilən səsvermə zamanı səs çoxluğu ilə qəbul etmişdi. Noyabrın 24-də baş tutan səfərdə üç nəfərlik heyət yer alıb. AK Partidən Hüseyn Yayman, MHP-dən Feti Yıldız və DEM Partidən Gülistan Koçyiğit heyətdə iştirak edib.

TBMM-dən verilən açıqlamada bildirilib ki, komissiya 5 avqust 2025-ci il tarixində fəaliyyətə başladıqdan sonra bu günə qədər 18 iclas keçirib və müxtəlif tərəflərlə dinləmələr aparıb.

“Komissiyanın 18-ci iclasında İmralı Yüksək Təhlükəsizlikli Cəza-İcra Müəssisəsində Abdullah Öcalanın dinlənilməsi barədə qərar səs çoxluğu ilə qəbul edilib. Qərara uyğun olaraq, 24 noyabr 2025-ci ildə heyət İmralıya gedib”- deyə açıqlamada qeyd olunub.

Görüşdə Öcalana 27 fevral tarixində elan edilən “Sülh və Demokratik ictimaiyyət Çağrısı”, təşkilatın özünü buraxması və silah qoyması ilə bağlı bəyanatlar, Suriyada həyata keçirilməsi nəzərdə tutulan 10 Mart razılaşması üzrə suallar ünvanlanıb və geniş izahatlar alınıb.

Açıqlamada deyilir ki, görüşün nəticələri “İctimai inteqrasiya, qardaşlığın möhkəmləndirilməsi və regional perspektivdən sülh prosesinin irəliləməsi baxımından müsbət qiymətləndirilir”.

TBMM ayrıca bildirib ki, komissiya qarşıdakı mərhələdə də məqsədlərinin həyata keçirilməsi istiqamətində “qətiyyət və ardıcıllıq nümayiş etdirəcək”.

Məqalədə: #10 mart razılaşması #TBMM komissiyası İmralıda görüş keçirdi – Süreç müsbət irəlilədi #İmralıya rəsmi səfər: Komissiya Öcalanla görüşdü #Ankara: İmralıdan alınan məlumatlar prosesi müsbət təsir edir #Komissiya heyəti İmralıdan döndü – TBMM açıqlama yaydı #İmralı səfəri ilə bağlı yeni açıqlama: Müsbət nəticə əldə olundu #İmralıya kritik səfər: TBMM-dən proseslə bağlı yeni mesaj #İmralıda vacib görüş – Komissiyanın cavabları açıqlanıb #Öcalanla görüş keçirildi: Sülh prosesi ilə bağlı müsbət siqnallar #TBMM komissiyası İmralını ziyarət etdi – prosesdə irəliləyiş #Ankara: Öcalandan alınan açıqlamalar müsbət dəyərləndirildi #İmralı səfəri Türkiyədə yeni müzakirələrə səbəb oldu #Turkish Parliament Committee Visits Imrali #Reports Positive Progress #Delegation Meets Öcalan in Imrali – Key Notes Shared by Parliament #Imrali Visit Marks New Phase in Turkey’s Dialogue Efforts #İmralı səfəri #TBMM komissiyası #Abdullah Öcalan görüşü #sülh prosesi Türkiyə #qardaşlıq və demokratiya komissiyası #İmralı cəza müəssisəsi #silah buraxma çağrısı #Türkiyə siyasi proseslər #regional sabitlik təşəbbüsü #İmralı Yüksək Təhlükəsizlikli Cəza-İcra Müəssisəsinə rəsmi səfər detalları #TBMM komissiyasının Öcalanla görüşü barədə açıqlama #Türkiyədə sülh prosesinin irəliləməsi ilə bağlı parlament mesajı #10 Mart razılaşmasının icrası ilə bağlı son məlumatlar #Öcalanın cavablarının siyasi proseslərə təsiri

Mövzu üzrə digər xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
Ərəb turizmi

İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir

15:53
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.