5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

ABŞ beynəlxalq qüvvənin Qəzzəyə yerləşdirilməsi üçün 2026-cı ilin yanvarını hədəf seçib - İsrail mediası

ABŞ administrasiyasının BMT mandatlı Beynəlxalq Təhlükəsizlik Qüvvəsinin Qəzza zolağına yerləşdirilməsi üçün 2026-cı ilin yanvar ayının ortasını hədəf tarix kimi müəyyən etdiyi bildirilib.

27 Noyabr 2025 19:23
ABŞ beynəlxalq qüvvənin Qəzzəyə yerləşdirilməsi üçün 2026-cı ilin yanvarını hədəf seçib - İsrail mediası

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ administrasiyasının BMT mandatlı Beynəlxalq Təhlükəsizlik Qüvvəsinin Qəzza zolağına yerləşdirilməsi üçün 2026-cı ilin yanvar ayının ortasını hədəf tarix kimi müəyyən etdiyi bildirilib.

AzerVoice xəbər verir ki, İsrailin “Kanal 14” televiziya kanalının məlumatına görə, ABŞ-ın hazırladığı ilkin qrafikə əsasən beynəlxalq qüvvələrin ilk birləşmələrinin 2026-cı ilin yanvarın ortalarında Qəzzəyə çatması planlaşdırılır. Qüvvələrin Qəzzənin cənubundakı Rəfah bölgəsində yerləşdirilməsi nəzərdə tutulur.

Məlumata görə, yerləşdirmədən əvvəl həmin ərazilərdə fəaliyyət göstərən İsrail ordusu minalar və partlamamış sursatların təmizlənməsi üzrə hazırlıq işlərini tamamlamalı olacaq.

İsrailin Kiryat Gat şəhərində yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzindən yüksək vəzifəli bir rəsmiyə istinadən bildirilib ki, Qəzza zolağında “silahsızlanma prosesinin tamamlanması üçün son tarix aprel ayının sonu” kimi müəyyən olunub. Rəsminin sözlərinə görə, bu hədəflər “mövcud sahə şərtləri nəzərə alındığında olduqca iddialıdır”.

İddialarla bağlı ABŞ, HƏMAS və vasitəçi tərəflərdən hələlik hər hansı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 18 noyabrda Qəzzədə Sülh Şurasının yaradılmasını və Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin bölgədə fəaliyyət göstərməsini nəzərdə tutan ABŞ-ın təqdim etdiyi qərar layihəsini qəbul etmişdi. Səsvermədə 13 ölkə “lehinə”, Rusiya və Çin isə “çəkinmə” mövqeyi sərgiləmişdi.

Layihə səsvermədən əvvəl “Fələstin dövlətinin qurulmasına aparan ifadələr” ehtiva etdiyinə görə İsrailli siyasətçilər tərəfindən kəskin şəkildə tənqid edilmişdi.

Məqalədə: #İsrail mediası: ABŞ beynəlxalq qüvvənin Qəzzəyə gəlişi üçün 2026 yanvarını hədəfləyir #Qəzzədə Uluslararası İstikrar Gücü 2026-cı ilin əvvəlində yerləşdirilə bilər #ABŞ-ın Qəzzə planı: Beynəlxalq qüvvə Rəfaha göndəriləcək #İsrail rəsmisi: Silahsızlanma prosesinin son tarixi aprelin sonudur #Qəzzədə mina təmizlənməsi beynəlxalq qüvvənin yerləşdirilməsindən əvvəl görüləcək #ABŞ-ın təqdim etdiyi BMT qərarı qəbul edilmişdi: növbəti mərhələ tarixləndi #2026 yanvar planı: Qəzzəyə ilk beynəlxalq birlik göndərilir #İsrail mediası Qəzzə üzrə ABŞ qrafikinin detallarını açıqladı #Qəzzədə sabitlik qüvvəsi: tərəflərdən hələ açıqlama yoxdur #Rusiya və Çin çəkinmişdi: BMT Qəzza missiyasını təsdiqləmişdi #ABŞ Qəzzəyə beynəlxalq qüvvə göndərməyə hazırlaşır: tarix açıqlanıb #2026-cı ildə Qəzzədə yeni mərhələ: Uluslararası İstikrar Gücü gəlir #Rəfah bölgəsinə yerləşdirmə planı sızdı: İsrail mediası təfərrüatları paylaşıb #Qəzzədə mina təmizlənməsi əməliyyatı genişləndirilir #Uluslararası İstikrar Gücü #Qəzzə missiyası #2026 Qəzzə planı #Rəfah bölgəsi təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
Ərəb turizmi

İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir

15:53
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.