4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Milli Məclisdə ATƏT nümayəndələri ilə növbədənkənar seçkilər müzakirə edilib

18 Dekabr 2023 18:57
Milli Məclisdə ATƏT nümayəndələri ilə növbədənkənar seçkilər müzakirə edilib

Bakı. AzerPress:

Dekabrın 18-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerPress-ə bildirilib ki, qonaqları salamlayan birinci vitse-spiker ölkəmizdəki yeni siyasi mühit, onun qanunvericiliyə təsiri, yeni qəbul olunmuş “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar barədə məlumat verib.

O qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tarixi zərurətdir.

Ölkəmizin ATƏT DTİHB ilə əməkdaşlıq əlaqələrindən danışan Əli Hüseynli diqqətə çatdırıb ki, Azərbaycanda Seçki Məcəlləsi 20 ildən artıqdır ki, qəbul edilib. Ötən illər ərzində bu Məcəllə daha da təkmilləşdirilib, hər ötən seçkidən sonra DTİHB-nin tövsiyələri izlənilib və hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir. O bildirib ki, hazırda Azərbaycanda professional seçki administrasiyası mövcuddur və ilk dəfə olaraq seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

Görüş üçün minnətdarlığını ifadə edən DTİHB EQM-nin nümayəndəsi Qoran Petrov bildirib ki, səfər seçki öncəsi vəziyyət və seçki mühiti ilə tanış olduqdan sonra bu barədə hesabat hazırlanması məqsədi daşıyır.
Sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli seçki prosesi və qanunvericiliklə bağlı DTİHB EQM-nin nümayəndələri Martina Barker Çiqanikovanı və Qoran Petrovu maraqlandıran suallara aydınlıq gətirib.

Eyni zamanda, həmin gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüblər.

Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri – Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Məmmədov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli və Vəhdət Partiyasının sədri Tahir Kərimli çıxış edərək bildiriblər ki, gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutacaq.

Qeyd olunub ki, görüşdə iştirak edən partiya sədrləri - Qüdrət Həsənquliyevin, Fazil Mustafanın və Razi Nurullayevin namizədlikləri qarşıdan gələn növbədənkənar prezident seçkilərində iştirak etmək üçün irəli sürülüb.

DTİHB EQM-nin nümayəndələrinin Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı suallarını cavablandıran deputatlar, növbədənkənar prezident seçkilərinin elan olunmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olduğunu bildiriblər, seçki prosesinə hazırlıq, təbliğat və təşviqat kampaniyası, namizədlərin qeydiyyatı barədə məlumat veriblər, həmçinin azad olunmuş əraziləri əhatə edən seçki dairəsi və məntəqələrin yaradıldığını diqqətə çatdırıblar.

Görüşün sonunda Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinin şəffaf, ədalətli, azad şəkildə baş tutacağına əminliyini ifadə edib.

Milli Məclisdə ATƏT nümayəndələri ilə növbədənkənar seçkilər müzakirə edilib
Məqalədə: #Milli Məclis

Mövzu üzrə digər xəbərlər

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

31 İyul 20:23
Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb
Siyasət

Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

29 İyul 18:39

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.