10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib

Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi açılıb. Reza Deqati Leyla Əliyeva sərgi ilə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.

10 Fevral 2026 13:48
Bakı
Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib

BAKI. AzerVoice

Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi açılıb.

AzerVoice xəbər verir ki, Leyla Əliyeva sərgini ziyarət edib.

Reza Deqati Leyla Əliyeva sərgi ilə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin fotoları müxtəlif taleləri və hekayələri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiya da məsafələri aradan qaldıraraq insanları və ölkələri birləşdirir. Bu sərgi səyahətin təkcə uçuşla deyil, həmçinin ilhamla başladığını xatırladır.

“Yüksələn işıq” sərgisi AZAL, “Boeing” və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə tərəfdaşlığı ilə reallaşdırılıb. Bu tərəfdaşlıq “Azərbaycan Hava Yolları” QSC ilə “Boeing” arasında uzunmüddətli və strateji əməkdaşlığın bir hissəsidir, həmçinin müasir aviasiya texnologiyalarının tətbiqi, uçuş təhlükəsizliyinin və sərnişin rahatlığının artırılması, eləcə də Azərbaycanın qlobal aviasiya məkanındakı mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sərgi insanları, məkanları və mədəniyyətləri birləşdirən görünməz bağlardan bəhs edir. Məhz bu baxış bucağı ilə AZAL Azərbaycanı dünya ilə qovuşdurur, səyahətləri sadə marşrutlardan kənara çıxararaq yaddaqalan, mənalı hekayələrə çevirir.

Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Reza Deqati #Heydər Əliyev Beynəlxalq Aeroportu #IDEA

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Səudiyyə Ərəbistanı

Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir

13:38
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37

Son Xəbərlər

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.