10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

HƏMAS məhv edilə bilməz - Dennis Ross

2 Fevral 2024 14:57
HƏMAS məhv edilə bilməz - Dennis Ross

Bakı, AzerVoice:

Amerikalı siyasətçi Dennis Ross, İsrailin, HƏMAS-ın keçirdiyi Əl-Əqsa Tufanı əməliyyatının əks-sədası nəticəsində böyük bir siyasi dəyişikliyə şahid olacağını proqnozlaşdıraraq, HƏMAS-ın məhv edilməsinin mümkünsüzlüyünü bildirib.

AzerVoice xəbər verir ki, buna baxmayaraq siyasətçi Qəzzanın silahsızlaşdırmaq mümkün olduğunu da düşünür.

Ross İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibəsində bildirib ki, fələstinliləri başqa yerə qovmaq zərurətində israr etmək, həddən artıq sionist düçüncəyə sahib çıxmaq deməkdir.“

Biz İsraildə böyük siyasi dəyişikliyi görmək üzrəyik. 7 oktyabr baş nazir Netanyahunun siyasi karyerasında ən qara gün olub. İllər boyu aldıqları sarsıntılardan yorulan fələstinlilərlə israillilər arasındakı qarşıdurma ekzistensial münaqişəyə çevrilib. Yeganə həll yolu iki xalq üçün iki dövlətdir. Siz HƏMAS-ı aradan qaldıra bilməzsiniz, çünki bu fikri aradan qaldırmaq mümükün deyil”,- deyə Ross bildirib.

Döyüşlərin dayandırılmasından sonrakı dövr ərzində Avropa Birliyinin Qəzzada ərəblərin rəhbərlik etdiyi müvəqqəti BMT missiyası təklifi ilə bağlı fikir bildirən Ross qeyd edib ki, müvəqqəti idarəetmə üçün bir neçə uyğun model var.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
7 oktyabrdan bu günə qədər davam edən münaqişədə Qəzzada 30-minə yaxın dinc insan öldürülüb.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.
Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

HƏMAS məhv edilə bilməz - Dennis Ross
Məqalədə: #İsrail #HƏMAS

Mövzu üzrə digər xəbərlər

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
Yaxın Şərq

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir

18:58
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
Suriya

İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub

18:53
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Yəmən

Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir

18:36
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
İordaniya

İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir

18:26

Son Xəbərlər

Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
19:35
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
19:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.