7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ABŞ-ın təzyiqi ilə Misirə nümayəndə heyəti göndərəcək

13 Fevral 2024 17:14
İsrail ABŞ-ın təzyiqi ilə Misirə nümayəndə heyəti göndərəcək

Bakı. AzerVoice:

HƏMAS-ın təklif etdiyi məhbus mübadiləsi razılaşmasını rədd edən İsrailin ABŞ-ın təzyiqi ilə Misirə nümayəndə heyəti göndərməyə razılıq verdiyi bildirilib.

AzerVoice-un məlumatına görə, Təl-Əviv administrasiyası ilə HƏMAS arasında məhbus mübadiləsi üçün danışıqlar bu gün Qahirədə davam etdiriləcək.

Qahirədə keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinə İsrailin Xarici Kəşfiyyat Xidmətinin Mossad rəhbəri David Barnea və Daxili Təhlükəsizlik Agentliyinin direktoru Şin-Bet (Şabak) Ronen Bar daxildir.

Yerli media HƏMAS-ın təklif etdiyi məhbus mübadiləsi razılaşmasını rədd edən İsrailin ABŞ-ın təzyiqi ilə Qahirəyə nümayəndə heyəti göndərdiyini bildirib. Sözügedən xəbərdə ABŞ prezidenti Co Baydenin fevralın 11-də telefon danışığında İsrailin baş naziri Benyamin Netanyahunu danışıqlar üçün Qahirəyə bir nümayəndə heyəti göndərməyə razı saldığı bildirilib.

Məlumat üçün bildirək ki, fevralın 7-də Parisdə keçirilən danışıqlardan sonra HƏMAS üç mərhələli məhbus mübadiləsini və atəşkəsi nəzərdə tutan plan təqdim edib. Netanyahu isə fevralın 8-də keçirdiyi mətbuat konfransında HƏMAS-ın təklifini rədd edərək orduya Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücuma hazırlaşmağı əmr etdiklərini bildirib.

Qeyd edək ki, yanvarın 28-də Fransanın paytaxtı Parisdə İsrail və HƏMAS arasında yeni əsir mübadiləsinə dair danışıqlar çərçivəsində danışıqlar aparılıb. Görüşdə Barnea və Bardan başqa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bill Burns, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misirin kəşfiyyat direktoru Abbas Kamil iştirak ediblər.

Aytac Süleymanova

Twitter: a_alieva_

İsrail ABŞ-ın təzyiqi ilə Misirə nümayəndə heyəti göndərəcək
Məqalədə: #İsrail #ABŞ

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.