Bakı. AzerVoice:
Qəzzadakı Dünya Həkimləri klinikası İsrail tərəfindən dağıdılıb.
AzerVoice-un məlumatına görə, 2015-ci ildən etibarən Qəzzanın şəhər mərkəzində yerləşən və bölgəyə səhiyyə xidməti göstərən “Dünya Həkimləri” klinikası İsrailin, 7 oktyabrda başlayan hücumları nəticəsində tamamilə dağılıb.
Açıqlamada, İsrailin hücumlarının başlamasından sonra boşaldılan və boş qalan klinikanın tamamilə dağıdıldığı bildirilib və Qəzzanın cənubunda xidmətini davam etdirən Dünya Həkimləri komandasının fəaliyyətini davam etdirdiyi qeyd edilib.
Açıqlamada vurğulanıb ki, Qəzzada tibbi və istehlak materialları ehtiyatının azalması səbəbindən Misirdən tədarük edilən tibbi və yardım ləvazimatları Rəfah Sərhəd Qapısı vasitəsilə dərnək komandasının Qəzzadakı heyətinə mütəmadi olaraq çatdırılır.
Açıqlamada xəstəxanaların son hücumlar səbəbilə xidmətdən çıxdığı Qəzzada 30 xəstəxana, 53 sağlamlıq mərkəzi, 150 səhiyyə müəssisəsi və 122 təcili yardım maşınının xidmət göstərə bilmədiyi bildirilib.
Hücumların ilk günündən bu yana həm sağlamlıq, həm də humanitar yardım fəaliyyətləri çərçivəsində dərnək, 113 mindən çox qəzzalıya dərman, gigiyena paketləri, qida ləvazimatları və uşaq bezləri kimi əsas ehtiyacları paylayıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_