Bakı. AzerVoice:
İsrailin Qəzzaya hücumlarında ölən jurnalistlərin sayı 130-a çatıb.
AzerVoice xəbər verir ki, bu barədə Qəzza hökumətinin media ofisi məlumat yayıb.
“İsrail Fələstini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün jurnalistləri qəsdən öldürür", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.