4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Livanda öldürülən mülki vətəndaşların əvəzini qanla ödəyəcək

17 Fevral 2024 10:52
İsrail Livanda öldürülən mülki vətəndaşların əvəzini qanla ödəyəcək

Bakı,AzerVoice

Hizbullah rəhbəri Həsən Nəsrullah İsrailin öldürdüyü mülki vətəndaşların əvəzini “qanla” ödəyəcəyini və onun qruplaşmanın İsrailin cənubuna çata biləcək raketlərə malik olduğubu deiyb.

AzerVoice xəbər verir ki, Nəsrullah Hizbullahın qisasının amansız olacağını bildirib.

Oktyabrın 7-də İsrail-Hizbullah toqquşması başlayandan bəri Livanın cənubunda iqtisadi itkilər təxminən 1,2 milyard dollara çatıb.

Zərər əsasən infrastruktura, yollara, binalara və kənd təsərrüfatı sahələrinə dəyib.Müəssisələrin bağlanması səbəbindən 300 milyon dollar civarında dolayı itki də var.

Baş verən lokal toquşmalar nəticəsində, Livanın cənubunda 520 ev tamamilə dağıdılıb, 3300 evə isə qismən ziyan dəyib.

Məlumat üçün bildirək ki,oktyabrın 7-də İsrail və Qəzzada yerləşən Fələstin silahlı qruplaşması HƏMAS arasında müharibə başlayandan bəri Livan-İsrail sərhədində İsrail və HƏMAS-ın müttəfiqi olan Hizbullah arasında hər gün atışma müşahidə olunur.

İsrailin Livanın sərhəd kəndlərini dəfələrlə bombardman etməsi  nəticəsində, əksəriyyəti Hizbullah döyüşçüləri olmaqla 227 nəfəri, həmçinin üçü jurnalist də daxil olmaqla 27 mülki sakin həlak olub. İsrail ordusunun məlumatına görə, İsrail tərəfində, şimal sərhəd bölgəsində 9 əsgər və 6 mülki olmaqla 15 nəfər həlak olub.

Döyüşlər həmçinin sərhədin hər iki tərəfində on minlərlə sakini didərgin salıb.

Məqalədə: #Livan #Hizbullah

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?
ArabLyrics

Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?

12:13
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib
Livan

İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

3 Sentyabr 18:44

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
20:19
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.