Bakı,AzerVoice
Qəzzada atəşkəsin ən qısa zamanda təmin edilməsi üçün ortaq bəyanat verən ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliya birgə yazılı açıqlama verərək, Yaxın Şərqdə gərginliyin azaldılmasını və Qəzzada bir an əvvəl atəşkəsin təmin edilməsini istəyib.
AzerVoice xəbər verir ki, bəyanatda Yaxın Şərqdə gərginliyin azaldılması və Qəzzada atəşkəsin yaradılmasına hərtərəfli dəstək verildiyi vurğulanıb.
"Prezident Bayden, Misir Prezidenti Sisi və Qətər Əmirinin atəşkəs razılaşmasını mümkün qədər tez başa çatdırmaq üçün danışıqlara bu həftə yenidən başlamaq çağırışını dəstəkləyirik və vurğulayırıq ki, artıq boş yerə vaxt yoxdur. Bütün tərəflər öz öhdəliklərini yerinə yetirməlidirlər",- deyə bəyanatda qeyd olunub.
Həmçinin bəyanatda, İranın İsraili hərbi hücum təhdidlərinə son qoymağa çağırdıqları da qeyd olunub.