12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin milli təhlükəsizliyi çökə bilər-İsrail Daxili Kəşfiyyat İdarəsi

24 Avqust 2024 14:13
İsrailin milli təhlükəsizliyi çökə bilər-İsrail Daxili Kəşfiyyat İdarəsi

Bakı, AzerVoice

İsrail Daxili Kəşfiyyat Təşkilatı Şin-Bet (Şabak) rəhbəri Ronen Bar, İordan çayının qərb sahilində məskunlaşan israillilərin fələstinlilərə və onların mülklərinə hücumları səbəbiylə milli təhlükəsizliyin çökə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, Ronen Bar İsrailin baş naziri Binyamin Netanyahuya İordan çayının qərb sahilindəki təhlükəsizlik vəziyyəti ilə bağlı məktub göndərib.

"İordan çayının qərb sahilində məskunlaşmış israillilər tərəfindən törədilən cinayətlərin artması, insidentlərin başlanmasına və milli təhlükəsizliyin çökməsinə səbəb olacaq", - deyə Bar deyib

Ana müxalifət lideri və keçmiş baş nazir Yair Lapid, Barın Netanyahuya təqdim etdiyi məktubu “gələcək fəlakətlə bağlı son xəbərdarlıq” kimi qiymətləndirib.

Lapid Netanyahu hökümətini "fəlakətlərin hökuməti" adlandırıb və Netanyahu hökümətinə edilən xəbərdarlıqla bağlı məlumatlı olduqlarını deyib.

Qeyd edək ki, İsrail hərbi rəsmiləri avqustun 18-də israillilərin fələstinlilərə qarşı zorakılıqlarının artdığı barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, İsraildə polis qüvvələri ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərliyi altındadır.

Onu da əlavə edək ki, 7 oktyabrdan bu yana İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 640 fələstinli qətlə yetirilmişdir.

Sözügedən bölgədə fələstinlilərə qarşı həbslər, basqınlar artmaqda davam edir.

İsrailin milli təhlükəsizliyi çökə bilər-İsrail Daxili Kəşfiyyat İdarəsi
Məqalədə: #İsrail #Fələstin #Şin-Bet #Binyamin Netanyahu

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.