9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Müsəlmanlara bağlanan məscid yəhudilərə açılıb

10 Oktyabr 2024 00:15
Müsəlmanlara bağlanan məscid yəhudilərə açılıb

Bakı, AzerVoice

İsrail işğalı altında olan İordan çayının qərb sahilində Hebron şəhərində yerləşən Hərəm-i İbrahim məscidinin 4 gün müddətinə müsəlmanların üzünə bağlanılaraq fanatik yəhudilərin istifadəsinə açılacağı bildirilib.

AzerVoice xəbər verir ki, məscidin rəhbəri Mutaz Əbu Səninə məscidin İsrail rəsmiləri tərəfindən yəhudilərin Sukkot və Yom Kippur bayramları səbəbilə bağlandığını bildirib.

Əbu Səninə açıqlamasında "fanatik yəhudilər məsciddə rəqs və əyləncə ilə müşayiət olunan Talmud mərasimləri keçirirlər"-deyib.

Həmçinin o, məscidin şənbə günü (12 oktyabr) axşama qədər bağlı qalacağını bildirib.

Yəhudilərin sabahdan başlayacaq Yom Kippur bayramı zamanı Haram-i İbrahim məscidi ilə yanaşı, Məscidül-Əqsa və digər müqəddəs yerlərə də basqınların artacağı gözlənilir.

Hərəmi-İbrahim, Məkkədəki Məscidül-Haram, Mədinədəki Məscidül-Nəbəvi və Qüdsdəki Məscidül-Əqsadan sonra dördüncü müqəddəs məscid sayılır.

Məscidin altındakı mağarada İbrahim peyğəmbərin və onun həyat yoldaşının, İshaq peyğəmbərin, Yaqub peyğəmbərin, Yusif peyğəmbərin və onların həyat yoldaşlarının qəbirləri var.

1967-ci ildə İsrail tərəfindən işğal edilən məscid, Baruch Qoldşteyn adlı fanatik yəhudinin 1994-cü il fevralın 25-də süph nmazı zamanı məscidə etdiyi hücumdan sonra bağlanılıb.

Daha sonra yenidən ibadətə açılan məscid ikiyə bölünərək yarısından çoxu yəhudilərə ibadət yeri olaraq verilmişdi.

Tarixə “Əl-Xəlil Məscidi (Hərəmi İbrahim) qırğını” kimi keçən hücumda 29 fələstinli həyatını itirib, 150-dən çox insan isə yaralanıb.

Məscidin bölünməsindən sonra İshaq peyğəmbərin və həyat yoldaşının olduğu türbələr müsəlmanlara aid olan hissədə, digərləri isə yəhudilərə sinaqoqa çevirmələri üçün verilən bölümdə qalıb.

Bölünmüş bölmələr ildə on gün qarşılıqlı olaraq müsəlman və yəhudi ziyarətçiləri üçün açılır. Müvafiq olaraq, məscid hissəsi yəhudilərin dini bayramlarında yəhudilərə, sinaqoq hissəsi isə müsəlmanların dini bayramlarında müsəlmanların istifadəsinə verilir.

Müsəlmanlara bağlanan məscid yəhudilərə açılıb Müsəlmanlara bağlanan məscid yəhudilərə açılıb
Məqalədə: #İsrail #QÜDS #Hərəm-i İbrahim məscidi

Mövzu üzrə digər xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.