BAKI, AzerVoice
İsrailin apardığı təcavüzə hər hansı üçüncü bir ölkə müdaxilə etsə, həmin tərəfə dərhal cavab veriləcək.
AzerVoice xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) verdiyi bəyanatda deyilir.
“Əgər bu təcavüzə (İsrailin apardığı - red.) hər hansı bir üçüncü tərəf müdaxilə edərsə, xüsusi plan çərçivəsində ona dərhal cavab veriləcək” - deyə, bəyanatda qeyd olunub.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.