11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Araqçi Moskvada Putinlə görüş keçirəcək

İranın xarici işlər naziri Seyid Abbas Araqçi iyunun 23-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

22 İyun 2025 14:57
Araqçi Moskvada Putinlə görüş keçirəcək

BAKI, AzerVoice

İranın xarici işlər naziri Seyid Abbas Araqçi iyunun 23-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu haqqda o, İstanbulda keçirilən mətbuat konfransında danışıb.

“Bu gün Moskvaya gedirəm və sabah səhər Prezident Putinlə görüşüm olacaq. Rusiya İranın dostudur və aramızda strateji tərəfdaşlıq mövcuddur. Biz daim bir-birimizlə məsləhətləşir və mövqelərimizi uzlaşdırırıq. Sabah Rusiya Prezidenti ilə ciddi məsləhətləşmələrim olacaq və əməkdaşlığımızı davam etdirəcəyik” – deyə, Araqçi vurğulayıb.

Nazir əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

“Biz bilirik ki, onlar Çinlə birlikdə hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnamə təqdim etməyə çalışıblar. Aydındır ki, vəziyyət artıq dəyişib. Mən bu məsələni və bundan sonra necə davranılmalı olduğunu müzakirə edəcəyəm” – deyə, Araqçi bildirib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Məqalədə: #İran #Rusiya #Vladimir Putin #Seyid Abbas Araqçi

Mövzu üzrə digər xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

15:44
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən

Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır

07:49
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.