9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Nüvə obyetklərinə endirilən zərbələr İranın nüvə silahı istehsalını bir neçə il geriyə atıb - rəsmi Təl-Əviv

ABŞ-ın İrandakı Fordo nüvə obyektinə endirdiyi zərbə tənzimləyici əhəmiyyətə malik infrastrukturun məhvinə və uranın zənginləşdirilməsi obyektinin sıradan çıxmasına səbəb olub. Beləliklə, ABŞ və İsrailin həyata keçirdiyi hücumlar İranın nüvə silahı hazırlamaq imkanlarını bir neçə il geriyə atıb.

25 İyun 2025 18:08
Nüvə obyetklərinə endirilən zərbələr İranın nüvə silahı istehsalını bir neçə il geriyə atıb - rəsmi Təl-Əviv

BAKI, AzerVoice

ABŞ-ın İrandakı Fordo nüvə obyektinə endirdiyi zərbə tənzimləyici əhəmiyyətə malik infrastrukturun məhvinə və uranın zənginləşdirilməsi obyektinin sıradan çıxmasına səbəb olub. Beləliklə, ABŞ və İsrailin həyata keçirdiyi hücumlar İranın nüvə silahı hazırlamaq imkanlarını bir neçə il geriyə atıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin Atom Enerjisi İdarəsinin adından Baş nazir Benyamin Netanyahunun ofisi bəyanat yayıb.

“ABŞ-ın Fordoya endirdiyi dağıdıcı zərbə obyektin infrastrukturunu məhv edib və uran zənginləşdirmə prosesini tamamilə dayandırıb. Hesab edirik ki, ABŞ-ın İranın nüvə obyektlərinə, İsrailin isə İranın hərbi nüvə proqramının digər komponentlərinə endirdiyi zərbələr bu ölkənin nüvə silahı hazırlamaq imkanlarını bir neçə il geriyə atıb” - deyə, bəyanatda bildirilib.

Sənəddə o da vurğulanır ki, bu "strateji nəticə" yalnız o halda qorunub saxlanıla bilər ki, “İran nüvə materiallarına çıxış imkanı əldə etməsin.”

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.

Məqalədə: #İsrail #İran #Uran zənginləşdirilməsi #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #hava zərbələri #Nətənz nüvə obyekti #Fordo nüvə obyekti

Mövzu üzrə digər xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.