10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Xeyriyyə təşkilatları Qəzzadakı yardım paylama sisteminin ləğvi barədə çağırış ediblər

Bu gün 170-dən çox qeyri-hökumət təşkilatı ABŞ və İsrailin dəstəklədiyi Qəzzadakı ərzaq yardımı paylama sisteminin ləğv olunması çağırışı ilə çıxış edib.

1 İyul 2025 18:14
Xeyriyyə təşkilatları Qəzzadakı yardım paylama sisteminin ləğvi barədə çağırış ediblər

BAKI, AzerVoice

Bu gün 170-dən çox qeyri-hökumət təşkilatı ABŞ və İsrailin dəstəklədiyi Qəzzadakı ərzaq yardımı paylama sisteminin ləğv olunması çağırışı ilə çıxış edib.

AzerVoice-un məlumatına görə, onlar bu sistemin mülki əhalini ölüm və yaralanma riski ilə üz-üzə qoyduğunu bildiriblər.

Cenevrədə yayımlanan birgə bəyanatda 171 xeyriyyə təşkilatı İsrailə çağırış edərək “Qəzza Humanitar Fondu” planını dayandırmağa və yardımların yenidən BMT vasitəsilə koordinasiya olunmasına şərait yaratmağa çağırıb:

“Qəzzadakı fələstinlilər qarşısında qeyri-mümkün bir seçim dayanır – ya aclıqdan ölmək, ya da ailələrini doyurmaq üçün yemək əldə etməyə çalışarkən güllə yağışına tuş gəlmək.”

Bəyanatı imzalayan təşkilatlar arasında “Oxfam”, “Sərhədsiz Həkimlər”, “Uşaq Qurtarma Fondu”, “Norveç Qaçqınlar Şurası” və “Amnesty International” kimi nüfuzlu qurumlar da var.

Qəzza zolağındakı səhiyyə orqanlarının məlumatına görə, may ayının sonlarında fəaliyyətə başlayan “Qəzza Humanitar Fondu”ndan bu yana yardım paylama mərkəzlərinin və İsrail ordusunun mühafizə etdiyi yardım yollarının yaxınlığında baş verən kütləvi silahlı hücumlar nəticəsində 500-dən çox insan öldürülüb.

Qeyd olunur ki, “Qəzza Humanitar Fondu” yardımları BMT-nin rəhbərlik etdiyi sistemdən kənar şəkildə, əsasən amerikalı özəl təhlükəsizlik və logistika şirkətləri vasitəsilə Qəzzaya çatdırır. İsrail bu qərarı “yardımın silahlılar tərəfindən ələ keçirilməsi”nin qarşısını almaq üçün əsaslandırır. BMT isə bu təşəbbüsü “təhlükəli” və “insani neytrallıq prinsiplərinin pozulması” kimi qiymətləndirib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #BMT #ABŞ #HƏMAS #humanitar yardım #Oxfam #Amnesty İnternational #Qəzza Humanitar Fondu

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.