4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada 20-dən çox yardım gözləyən fələstinli həlak olub

İsrail ordusu Qəzza zolağında yardım gözləyən fələstinlilərə atəş açıb. Hadisə nəticəsində 23 nəfər həlak olub. Qəzzanın cənubundakı Nasser Xəstəxanasının verdiyi məlumata görə, müxtəlif yardım paylama məntəqələrinin yaxınlığından ümumilikdə 23 meyit qəbul edilib.

3 Avqust 2025 15:17
Qəzzada 20-dən çox yardım gözləyən fələstinli həlak olub

BAKI, AzerVoice, Səməd Əyyubov – İsrail ordusu Qəzza zolağında yardım gözləyən fələstinlilərə atəş açıb.

AzerVoice xəbər verir ki, hadisə nəticəsində 23 nəfər həlak olub.

Qəzzanın cənubundakı Nasser Xəstəxanasının verdiyi məlumata görə, müxtəlif yardım paylama məntəqələrinin yaxınlığından ümumilikdə 23 meyit qəbul edilib. Bunların səkkizi Xan Yunisdəki "Teina" bölgəsindən, biri isə Rəfah yaxınlığındakı “Şakuş” bölgəsindən gətirilib. Qalan doqquz nəfər isə İsrailin Moraq dəhlizində yerləşən sərhəd keçid məntəqəsi yaxınlığında yardım gözləyərkən öldürülüb.

Yardımları son iki aydır bölgəyə çatdıran ABŞ və İsrailin dəstəklədiyi “Qəzza Humanitar Fondu” (GHF) təşkilatı və İsrail ordusu yalnız xəbərdarlıq atəşi açdıqlarını iddia edir. GHF, öz mühafizəçilərinin sadəcə gözyaşardıcı qaz və xəbərdarlıq atəşlərindən istifadə etdiyini bildirir. Lakin BMT-nin məlumatına görə, may ayından iyulun sonunadək yardım bölgələri və konvoy marşrutlarında ümumilikdə 859 fələstinli öldürülüb, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, son 24 saat ərzində daha altı fələstinli aclıq səbəbindən həyatını itirib. Bundan əlavə, 2023-cü ildə başlayan müharibədən bəri 93 uşaq qidalanma çatışmazlığı səbəbindən ölüb.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza Humanitar Fondu

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.