5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzanın işğalına dair plan üçün 200 min ehtiyat əsgərə ehtiyac var – Eyal Zamir

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir, Təhlükəsizlik Kabinetinin təsdiqlədiyi Qəzza işğalı planının həyata keçirilə bilməsi üçün təxminən 200 min ehtiyat əsgərə ehtiyac olduğunu bildirib. Bu barədə İsrail dövlət televiziyası KAN adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

8 Avqust 2025 18:36
Qəzzanın işğalına dair plan üçün 200 min ehtiyat əsgərə ehtiyac var – Eyal Zamir

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir, Təhlükəsizlik Kabinetinin təsdiqlədiyi Qəzza işğalı planının həyata keçirilə bilməsi üçün təxminən 200 min ehtiyat əsgərə ehtiyac olduğunu bildirib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, Zamir bu sayın böyük hissəsinin əvvəllər uzun müddət ehtiyat xidmətində olmuş şəxslərdən ibarət olacağını qeyd edib.

Onun sözlərinə görə, planın icrası çərçivəsində mülki əhali üçün xəstəxanalar yaradılmalı, eyni zamanda, ordunun hazırda təmin edə bilmədiyi miqdarda humanitar yardım bölgəyə çatdırılmalıdır.

Qeyd edək ki, İsrailin Təhlükəsizlik Kabineti Qəzza şəhərinin işğalını nəzərdə tutan yeni hərbi planı təsdiqləyib. İsrail Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına verdiyi müsahibədə Qəzzaya tam nəzarəti ələ keçirməyi hədəflədiklərini açıqlayıb.

Məlumata görə, iclas zamanı daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya humanitar yardımın buraxılmasına və sahə xəstəxanalarının qurulmasına qarşı çıxıb.

Ben-Qvirin bu mövqeyinə cavab olaraq, Zamir bildirib ki, belə olan halda Qəzzada saxlanılan israilli girovların azad olunması artıq müharibənin prioritet hədəflərindən çıxarılmalıdır.

Netanyahunun təqdim etdiyi plana əsasən, Qəzza şəhərinin əhalisi cənub bölgələrinə köçürüləcək, şəhər tam mühasirəyə alınacaq və sıx yaşayış məntəqələrinə əlavə hücumlar təşkil olunacaq.

Qeyd edək ki, İsrail ordusunda hazırda 170 min aktiv hərbi qulluqçu xidmət edir. Bunlardan 126 mini quru qoşunlarında, 9 min 500-ü dəniz qüvvələrində, 34 mini isə hava qüvvələrindədir. Bundan əlavə, İsrailin 465 min nəfərlik ehtiyat hərbi kontingenti mövcuddur.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Qəzzada müharibədən sonrakı vəziyyət #Eyal Zamir

Mövzu üzrə digər xəbərlər

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

18:17
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

18:07
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.