6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Qəzzada humanitar atəşkəs barədə təklifi rədd edib

İsrail, vasitəçi ölkələrin Qəzza zolağında 48 saatlıq humanitar atəşkəs təklifini qəbul etməyib. Məlumata görə, vasitəçilər bu təklifi İsrail tərəfinə təqdim etsələr də, cavab mənfi olub. Bununla belə, onlar atəşkəsə nail olmaq üçün səylərini davam etdirirlər.

14 Avqust 2025 20:12
İsrail Qəzzada humanitar atəşkəs barədə təklifi rədd edib

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrail, vasitəçi ölkələrin Qəzza zolağında 48 saatlıq humanitar atəşkəs təklifini qəbul etməyib.

AzerVoice xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vasitəçilər bu təklifi İsrail tərəfinə təqdim etsələr də, cavab mənfi olub. Bununla belə, onlar atəşkəsə nail olmaq üçün səylərini davam etdirirlər.

"Asharq al-Awsat" qəzeti isə HƏMAS-dakı mənbəyə istinadən yazıb ki, “vasitəçilərin üzərində işlədiyi hərtərəfli razılaşma” barədə yayılan xəbərlər şişirdilib və real vəziyyəti əks etdirmir. Mənbə bildirib ki, HƏMAS Misirin Qəzza zolağının idarə olunması ilə bağlı planına sadiqdir və İsrail qoşunlarının çıxarılmasına nəzarət etmək üçün Misirlə birgə komitə yaratmağa hazırdır.

HƏMAS-ın Qəzzadakı rəhbəri Xəlil əl-Həyyə başçılıq etdiyi nümayəndə heyəti ilə Misirin dəvəti əsasında çərşənbə axşamı Qahirəyə gedib. Həmin gün Misirin xarici işlər naziri Bədr Əbdül Ati bəyan edib ki, Qahirə, Doha və Vaşinqtonla koordinasiyada tərəfləri Qəzza zolağında 60 günlük atəşkəs təklifinə qaytarmaq üçün çalışır.

Çərşənbə günü Misirin “Əl-Qahirə əl-İxbariyə” telekanalı mənbəyə istinadən xəbər verib ki, HƏMAS nümayəndə heyəti Qahirədə Misir kəşfiyyat rəhbəri Həsən Raşid ilə görüşərək, atəşkəs və döyüşlərin dayandırılması üzrə danışıqlara tezliklə qayıtmaq istədiklərini bildirib.

Qeyd edək ki, HƏMAS ilə İsrail arasında danışıqlar ötən ay Qətərdə dayandırılmışdı. Baş nazir Benyamin Netanyahu iyulun 6-da Dohada aparılan danışıqlarda HƏMAS-ın atəşkəs təklifinə verdiyi cavabı əsas gətirərək İsrail nümayəndə heyətini geri çağırmışdı. ABŞ da “HƏMAS-ın son cavabı atəşkəs istəyi olmadığını göstərir” arqumenti ilə öz nümayəndələrini Dohadan çıxarmışdı. Lakin HƏMAS bəzi vasitəçilərin cavabı “konstruktiv” adlandırdığını və qəbul etdiyini bildirib.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #ABŞ #Misir #Qətər #HƏMAS #Doha #Qahirə #Vaşinqton #atəşkəs #Təl-Əviv #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzanın işğalı #Stiven Uitkoff

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.