4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu Qəzzada yerləşən xəstəxananı vurub - Ölənlər var

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qəzza şəhərinin qərbində yerləşən Əl-Əhli Baptist Xəstəxanasının həyətindəki fələstinliləri hədəf alıb. Hücum nəticəsində 7 nəfər həlak olub, çox sayda insan yaralanıb.

17 Avqust 2025 13:17
İsrail ordusu Qəzzada yerləşən xəstəxananı vurub - Ölənlər var

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qəzza şəhərinin qərbində yerləşən Əl-Əhli Baptist Xəstəxanasının həyətindəki fələstinliləri hədəf alıb.

AzerVoice-un məlumatına görə, hücum nəticəsində 7 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Şahidlər, hücumun birbaşa xəstəxana həyətindəki mülki şəxsləri hədəf aldığını bildiriblər. Məlumata görə, bu ərazi İsrailin intensiv hücumlarından qaçan mülki şəxslərin sığındığı mühüm məkanlardan biri idi.

Digər tərəfdən, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində humanitar yardım gözləyən fələstinlilərə atəş açması nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Refahın qərbində, yerindən didərgin edilən fələstinlilərin çadırlarına da hücum edilib. Bu hücumda ən azı 4 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.

Səhiyyə mənbələrinin məlumatına görə, bu gün səhər saatlarından bəri Qəzzanın müxtəlif bölgələrinə edilən hava və artilleriya hücumlarında əlavə olaraq 6 fələstinli də həyatını itirib.

Fələstinli rəsmilər İsrailin xəstəxanalara və mülki şəxslərin sığındığı ərazilərə hücumlarını beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndiriblər.

Hazırda Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #hava hücumu #İsrail ordusu #PUA hücumu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Pilotsuz uçuş aparatı (PUA) #xəstəxana

Mövzu üzrə digər xəbərlər

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

20:19
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51

Son Xəbərlər

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
20:19
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.