Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb
Küveyt hava hücumundan müdafiə qüvvələri İran tərəfindən ölkəyə yönəldilən raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumun qarşısını alıb.Bu barədə VOA məlumat verir. Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin hazırda İranın raket və PUA hücumlarına qarşı mübarizə apardığını açıqlayıb.İran dövlət televiziyası isə hücumların Küveytdəki ABŞ hərbi bazalarını hədəf aldığını bildirib. Tehran hücumların ABŞ-ın İrana qarşı son zərbələrinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Liviyada elektrik stansiyalarında partlayışlar: Ölkənin qərbi qaranlığa qərq oldu
Liviyanın qərbində elektrik stansiyaları və neft obyektlərində baş verən partlayışlar genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Paytaxt Tripoli ilə yanaşı, Surman, Zaviya və Sabrata şəhərlərində elektrik enerjisinin verilişi dayanıb. Liviya Baş Elektrik Şirkətinin məlumatına görə, Zaviya şəhərindəki elektrik stansiyasında baş verən partlayış nəticəsində bir neçə generator bloku fəaliyyətini dayandırıb. Texniki qruplar əraziyə göndərilib və elektrik enerjisinin mərhələli şəkildə bərpası üçün işlər aparılır. Partlayışın səbəbi açıqlanmayıb.
BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pislədi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Bəhreyn, Küveyt və İordaniyaya qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarını qətiyyətlə pisləyib. Nazirlik qeyd edib ki, BƏƏ Bəhreyn, Küveyt və İordaniya ilə tam həmrəyliyini ifadə edir və həmin ölkələrin təhlükəsizliyinin qorunmasına yönəlmiş bütün tədbirləri dəstəkləyir.
Estonya hava sahəsində daxil olan PUA vurulub
Estonya hava sahəsinə daxil olan pilotsuz uçuş aparatı (PUA) Vortsjarv gölü üzərində NATO hərbi təyyarəsi tərəfindən vurulub. Nazir bildirib ki, radarlar vasitəsilə PUA ölkənin cənub istiqamətində hərəkət edərkən aşkarlanıb, NATO-nun Baltik Hava Polisi missiyasında iştirak edən təyyarəsi tərəfindən zərərsizləşdirilib.
İran BƏƏ-nin neft tankerinə hücum edib
Birləşmiş Ərəb Əmirlikləri İranın Abu-Dabi Milli Neft Şirkətinə məxsus tankerə qarşı pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb. BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Qurum İranın bu addımını kommersiya gəmiçiliyinə qarşı yönəlmiş hücum və iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirib.
BƏƏ Küveytə qarşı PUA hücumunu sərt şəkildə qınadı
Birləşmiş Ərəb Əmirlikləri Küveytin şimal sərhədində yerləşən postlara qarşı həyata keçirilən pilotsuz uçuş aparatları hücumunu kəskin şəkildə qınayıb. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada bu hücumun Küveyt dövlətinin suverenliyinə açıq təhdid olduğu vurğulanıb. Bildirilib ki, bu cür addımlar regionda təhlükəsizlik və sabitliyi sarsıdır.
12 günlük müharibədən sonra PUA istehsalı 10 dəfə artıb - İran
İran rəsmisi ölkənin hərbi istehsal imkanlarının kəskin şəkildə genişləndirildiyini açıqlayıb. İran Ordusunun icra başçısının müavini Əlirza Şeyx İsraillə 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibədən sonra pilotsuz uçuş aparatlarının istehsalının 10 dəfə artdığını bildirib.
İsrailin Livanın Nəbatiyə bölgəsinə hava hücumları: Ölənlər var
Livanın cənubundakı Nəbatiyə mühafizəsi (quberniyası) İsrail hərbi hava qüvvələrinin intensiv hücumlarına məruz qalıb. Livanın Milli Xəbər Agentliyinin (NNA) yaydığı məlumata əsasən, hücumlar fərqli yaşayış məntəqələrini hədəf alıb: Deyr Zəhrani: Şəhər yaxınlığında həyata keçirilən PUA (dron) hücumu nəticəsində bir nəfər həlak olub.
İran Fars körfəzində daha bir neft tankerini vurub
Küveyt bayrağı altında üzən “Al-Salmi” neft tankeri Dubay sahilləri yaxınlığında İran tərəfindən hücuma məruz qalıb. Hadisə regionda son dövrlərdə artan raket və pilotsuz uçuş aparatları hücumlarının davamı kimi qiymətləndirilir. Yanğının qısa müddətdə nəzarətə alındığı, həmçinin neft sızmasının qarşısının alındığı bildirilir.
Son saatlarda 10 PUA və 8 raket zərərsizləşdirilib - Səudiyyə Ərəbistanı MN
Səudiyyə Ərəbistanı son saatlarda ölkəyə yönələn hava hücumlarının qarşısının alındığını açıqlayıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi tərəfindən yayılan məlumata əsasən, ölkəyə göndərilən 10 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib.
Küveyt və Səudiyyə Ərəbistanına hava hücumları edilib
Küveyt və Səudiyyə Ərəbistanına hava hücumları həyata keçirildiyi bildirilib. Küveytin şimal-qərbində yerləşən Bubiyan adasındakı Mübarək əl-Kəbir limanı pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə hədəfə alınıb. Digər tərəfdən, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi paytaxt Ər-Riyad bölgəsinə 6 ballistik raketin buraxıldığını açıqlayıb. Bildirilib ki, raketlərdən ikisi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Səudiyyə Ərəbistanı İrandan atılan 60-dan çox dronu zərərsizləşdirib
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkə ərazisinə yönələn pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini bildirib. Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, dronlar İran istiqamətindən buraxılıb və ölkənin müxtəlif bölgələrini hədəf alıb. Hava hücumundan müdafiə sistemləri bütün hədəfləri vaxtında zərərsizləşdiri