6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İran Hizbullaha heç nəyi diktə etmir - Əli Laricani

Tehran Hizbullahın dəstəyinə ehtiyac duyur və ona heç bir şeyi diktə etmir. Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib. “Biz Livan ‘Hizbullah’ının dəstəyinə necə ehtiyac duyuruqsa, o da bizə ehtiyac duyur. Biz ‘Hizbullah’a heç nəyi zorla qəbul etdirmirik, Livan məsələləri daxili dialoq yolu ilə həll olunmalıdır”.

22 Avqust 2025 21:26
İran Hizbullaha heç nəyi diktə etmir - Əli Laricani

BAKI, AzerVoice, Səməd Əyyubov

Tehran Hizbullahın dəstəyinə ehtiyac duyur və ona heç bir şeyi diktə etmir.

AzerVoice xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib.

“Biz Livan ‘Hizbullah’ının dəstəyinə necə ehtiyac duyuruqsa, o da bizə ehtiyac duyur. Biz ‘Hizbullah’a heç nəyi zorla qəbul etdirmirik, Livan məsələləri daxili dialoq yolu ilə həll olunmalıdır” - deyə, o qeyd edib.

Bununla yanaşı Laricani, “Avropa üçlüyünün” nüvə sazişi çərçivəsində İrana qarşı Snapback mexanizmini işə salmaqla hədələməsinə münasibət bildirib. O qeyd edib ki, İranın bu mexanizmin tətbiqinə cavab olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq ehtimalı “həmişə mövcuddur”.

Laricani həmçinin vurğulayıb ki, “İrana təzyiq göstərərək onu təslim olmağa məcbur etməkdən danışmaq sadəcə cəfəngiyyatdır.”

Bundan əvvəl İran Xarici İşlər nazirinin müavini Səid Xətibzadə bildirmişdi ki, sanksiyaların tətbiqi üçün nəzərdə tutulan mexanizmin işə salınması “Avropanın İranın nüvə proqramı ilə bağlı danışıqlarda sahib olduğu sonuncu kartı da” itirməsi deməkdir.

İran televiziyasının məlumatına görə, gələn həftə çərşənbə axşamı Tehranın Avropa tərəfi ilə danışıqları xarici işlər nazirinin müavinləri səviyyəsində bərpa olunacaq.

Məqalədə: #İran #Avropa #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #Hizbullah #Əli Laricani #Nüvə #nüvə silahı #nüvə turizmi #nüvə proqramı #İran və Hizbullah əlaqələri #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İran nüvə proqramı #İranın nüvə danışıqları #Avropa üçlüyü və İran #Hizbullah və İran əlaqəsi #İran nüvə silahı #İran nüvə təhlükəsi #İran nüvə razılaşması #Avropa üçlüyü danışıqları #Snapback #İran və Hizbullah

Mövzu üzrə digər xəbərlər

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.