7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İran İsraillə yeni münaqişənin baş verə biləcəyini istisna etmir

İran İsraillə yeni silahlı toqquşmanın baş verə biləcəyini istisna etmir. Bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib. “Bütün variantlar mümkündür, lakin biz hər bir şəraitə hazırıq. 12 günlük müharibə zamanı sionist rejim (İsrail - red.) və ABŞ öz hədəflərinə çata bilmədi. Əksinə, İran qəhrəmancasına müqavimət göstərdi və eyni zamanda təcavüzə cavab verdi” – deyə, Arakçi qeyd edib.

26 Avqust 2025 20:58
İran İsraillə yeni münaqişənin baş verə biləcəyini istisna etmir

BAKI, AzerVoice, Səməd Əyyubov

İran İsraillə yeni silahlı toqquşmanın baş verə biləcəyini istisna etmir.

AzerVoice xəbər verir ki, bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib.

“Bütün variantlar mümkündür, lakin biz hər bir şəraitə hazırıq. 12 günlük müharibə zamanı sionist rejim (İsrail - red.) və ABŞ öz hədəflərinə çata bilmədi. Əksinə, İran qəhrəmancasına müqavimət göstərdi və eyni zamanda təcavüzə cavab verdi” – deyə, Əraqçi qeyd edib.

Əraqçinin sözlərinə görə, İsrail İran ərazilərinə hücumların başlanmasından 12 gün sonra birtərəfli qaydada “qeydsiz-şərtsiz atəşkəs” tələb edib.

“Əgər bu ssenarini təkrar etmək istəsələr, biz hazırıq. 12 günlük müharibə göstərdi ki, hərbi variant tam uğursuzluqla nəticələndi. Ona görə də onların yenidən belə bir addım atacağına şübhə edirəm. Amma bu baş verərsə, onları oxşar, lakin daha sərt cavab gözləyəcək” – deyə, nazir əlavə edib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İran #İran XİN #İsrail ordusu #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İranın yüksək rütbəli hərbçilərinin İsrail hücumu ilə öldürülməsi #Donald Trampın İsrail–İran atəşkəsini elan etməsi #İsrail və İran #İranla İsrail arasında növbəti müharibə

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.