4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsraildə minlərlə insan Netanyahuya qarşı etiraz aksiyası keçirib

İsraildə minlərlə etirazçı Baş nazir Benyamin Netanyahunun Qərbi Qüdsdəki iqamətgahı qarşısında toplanaraq, hökumətdən Qəzza zolağında dərhal atəşkəsə getməyi və əsir mübadiləsi razılaşmasını imzalamağı tələb edib. Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli əsir Nimrod Cohenin anası Viki Cohen, aksiyada etdiyi çıxışında Netanyahudan, əsirlərlə həmrəyliyi simvolizə edən sarı lent rəmzini yaxasından çıxarmağı tələb edib. “Netanyahu, bizimlə olduğunu söyləməyi dayandır. Əgər həqiqətən bizimlə olsaydın və bizi önəmsəsəydin, bu gün oğlum evdə olardı,” – deyə Cohen bildirib.

4 Sentyabr 2025 12:13
Bakı, Azərbaycan
İsraildə minlərlə insan Netanyahuya qarşı etiraz aksiyası keçirib

BAKI, AzerVoice, Nailə Babazadə

İsraildə minlərlə etirazçı Baş nazir Benyamin Netanyahunun Qərbi Qüdsdəki iqamətgahı qarşısında toplanaraq, hökumətdən Qəzza zolağında dərhal atəşkəsə getməyi və əsir mübadiləsi razılaşmasını imzalamağı tələb edib.

AzerVoice xəbər verir ki, Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli əsir Nimrod Cohenin anası Viki Cohen, aksiyada etdiyi çıxışında Netanyahudan, əsirlərlə həmrəyliyi simvolizə edən sarı lent rəmzini yaxasından çıxarmağı tələb edib.

“Netanyahu, bizimlə olduğunu söyləməyi dayandır. Əgər həqiqətən bizimlə olsaydın və bizi önəmsəsəydin, bu gün oğlum evdə olardı,” – deyə Cohen bildirib.

Əsirlərlə bağlı aksiya sonrasında yüzlərlə etirazçı Qərbi Qüdsdə tramvay dayanacağında yolları bağlayaraq nəqliyyatın hərəkətinə mane olub. Oturaq etiraz keçirən iştirakçılara qarşı polis güc tətbiq edərək onları bir-bir ərazidən uzaqlaşdırıb. Səlahiyyətlilər bu etirazı “şiddətli iğtişaş” kimi dəyərləndirib.

Netanyahunun iqamətgahı yaxınlığında səhər saatlarında keçirilən etiraz zamanı yandırılan zibil konteynerindən sıçrayan alov bir avtomobili külə döndərib. Hadisə ilə bağlı 60 və 80 yaşlarında iki etirazçı saxlanılıb. Alovun yaxınlıqdakı binalara yayılma təhlükəsi səbəbindən sakinlər təxliyə olunub.

Bundan başqa, Baş nazirlik binası yaxınlığında avtomobil təkərlərinin də yandırıldığı bildirilib.
Baş nazir Benyamin Netanyahu axşam saatlarında yayımladığı videomüraciətində, aksiyaların "hökumətə qarşı təşkil edilmiş və maliyyələşdirilən" olduğunu bildirib.

“Mənə və ailəmə qarşı hər gün onlarca ölüm təhdidi alıram. Onlar deyirlər ki, mənim evimi – Baş nazirin iqamətgahını – faşist milislər kimi alova bürüyəcəklər,” – deyə Netanyahu vurğulayıb.

Netanyahu polisə qarşı da tənqid səsləndirərək, etirazçılara qarşı qanunun daha sərt tətbiq edilməsini tələb edib.
O, yanan avtomobilin, bir vaxtlar İsrailin maliyyə və ədliyyə naziri olmuş Yaakov Neemanın nəvəsi – ehtiyatda olan binbaşı Yoav Bar İşay’a aid olduğunu iddia edib.

İsraildə əsir ailələri və müxalifət, Netanyahu hökumətini Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasından “qəsdən yayınmaqda” və bölgədə işğal siyasəti ilə əsirlərin həyatını təhlükəyə atmaqda ittiham edir.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #HƏMAS #Netanyahu #İsrailə qarşı boykotlar #Qəzza hücumu #Qəzza münaqişəsi #İsrailə qarşı etirazlar #Qəzza müharibəsi #İsrail hücumları #Qəzza blokadası #Qəzzanın işğalı #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.