14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Yəmən İsrailin hərbi hədəflərinə ballistik raket və dronlarla hücum edib

Yəmən Silahlı Qüvvələri İsrailin işğal altındakı ərazilərində hərbi hədəflərə ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. Əməliyyatların Fələstin xalqına dəstək və İsrailin Qəzzada həyata keçirdiyi hücumlara cavab məqsədi daşıdığı bildirilib.

12 Sentyabr 2025 11:26
Yəmən İsrailin hərbi hədəflərinə ballistik raket və dronlarla hücum edib

BAKI, AzerVoice, Fərid Mikayılov

Yəmən Silahlı Qüvvələri İsrailin işğal altındakı ərazilərində hərbi hədəflərə ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, əməliyyatların Fələstin xalqına dəstək və İsrailin Qəzzada həyata keçirdiyi hücumlara cavab məqsədi daşıdığı bildirilib.

Yəmən Ordusunun sözçüsü general-briqadier Yəhya Sari qeyd edib ki, raket bölməsi “Fələstin-2” adlı səsdən sürətli ballistik raketlə Negev bölgəsində yerləşən hərbi hədəfi vurub. Hücumun uğurla nəticələndiyi, çox sayda məskunlaşan şəxsin sığınacaqlara üz tutduğu qeyd olunub.

Sari əlavə edib ki, dron bölmələri iki əlavə hücum həyata keçirib. Bunlardan biri Eylat (Umm ər-Rəşraş) yaxınlığındakı Ramon Hava Limanına iki dron vasitəsilə, digəri isə Negev bölgəsindəki hərbi hədəfə bir dronla zərbə olub.

Ənsar Allah Hərəkatının nümayəndəsi Abdullah əl-Əhnumi isə İsrailin Səna və digər şəhərlərdə mülki əhalini hədəf almasının cavabsız qalmayacağını bəyan edib.

“Bizim cavabımız İsrailin hərbi bazalarını, hava limanlarını, məskunlaşma bölgələrini və digər həssas məntəqələrini hədəf alacaq. Qanımız dəyərlidir və bu qan töküldükcə cavablarımız daha sərt olacaq”- deyə o bildirib.

Bir gün əvvəl İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində Səna və əl-Cauf vilayətlərində azı 36 nəfər həlak olub, 130-dan çox insan yaralanıb. Zərbələr yaşayış binalarına, tibbi müəssisələrə və dövlət komplekslərinə endirilib.

BMT, hücumların təşkilatın Yəməndəki ofislərinə yaxın əraziləri hədəfə alması səbəbindən ciddi narahatlıq ifadə edib. Bundan əvvəl, avqustun 28-də İsrailin hava zərbəsi nəticəsində Yəmənin Baş naziri Əhməd Qalib Nasir ər-Rahavi və bir neçə nazir həlak olmuşdu.

Yəmən Silahlı Qüvvələri bəyan edib ki, İsrail Qəzzadakı quru və hava əməliyyatlarına son qoyana qədər hərbi hədəflərə qarşı əməliyyatlar davam etdiriləcək. Onların sözlərinə görə, strateji dəniz blokadası vasitəsilə İsrailə hərbi resursların daşınmasının qarşısı alınacaq, Fələstin xalqına dəstək isə davam edəcək.

Məqalədə: #Yəmən #Husilər #İsrail ordusu #İsrail hücumları #Yəməndə Husiilər 2025 #Husiilərin Yəməndə hərbi planları #Yəmən husiləri İsrail hücumu #Ənsar Allah hərəkəatı

Mövzu üzrə digər xəbərlər

İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniya

İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb

15:54
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
İordaniya

İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir

15:29
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya

İordaniya Ərəb Əmək Konfransına sədrlik edir

13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27

Son Xəbərlər

İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
15:29
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
15:23
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
15:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.