13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda daha 25 fələstinli öldürülüb

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində 3-ü uşaq olmaqla 25 fələstinli həyatını itirib. Xəstəxana mənbələri və yerli şahidlərin bildirdiyinə görə, Qəzza şəhərinə yönəlmiş hücumlar xüsusilə intensiv xarakter alıb. Əldə olunan məlumatlara görə, İsrail ordusu Qəzza şəhərinin qərbindəki Rimal məhəlləsində bir fələstinli ailənin yerləşdiyi çadırı bombalayıb. Nəticədə, 6 nəfər, o cümlədən 3 uşaq həlak olub.

15 Sentyabr 2025 14:16
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda daha 25 fələstinli öldürülüb

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində 3-ü uşaq olmaqla 25 fələstinli həyatını itirib. Xəstəxana mənbələri və yerli şahidlərin bildirdiyinə görə, Qəzza şəhərinə yönəlmiş hücumlar xüsusilə intensiv xarakter alıb.

AzerVoice xəbər verir ki, əldə olunan məlumatlara görə, İsrail ordusu Qəzza şəhərinin qərbindəki Rimal məhəlləsində bir fələstinli ailənin yerləşdiyi çadırı bombalayıb. Nəticədə, 6 nəfər, o cümlədən 3 uşaq həlak olub.

Şəhərin şimalında həyata keçirilən başqa bir hücumda isə iki ev hədəfə alınıb, nəticədə 10 nəfər ölüb, çox sayda insan yaralanıb. Qəzza şəhərinin Kerame bölgəsində mülki vətəndaşların toplandığı əraziyə edilən hava zərbələri 5 nəfərin ölümünə səbəb olub.

Qəzzada vəziyyət kritik olaraq qalır. İsrail ordusu Zeytun və Şeyx Ridvan Gölü bölgələrində partlayıcı yüklü hərbi texnika və robotlar vasitəsilə yaşayış evlərini dağıdır. Cənub bölgəsində hərbi texnikanın məhdud irəliləyişi müşahidə olunub.

Bölgədə genişmiqyaslı məcburi köç də qeydə alınıb. Məcburi şəkildə köçürülən fələstinlilərin istifadə etdiyi Reşid prospektində gecə saatlarından etibarən intensiv nəqliyyat sıxlığı müşahidə edilir.

Qəzza zolağının mərkəzindəki Muğraka qəsəbəsində, İsrailə məxsus pilotsuz uçuş aparatı (İHA) odun toplayan bir fələstinlini birbaşa hədəfə alaraq öldürüb. Eyni zamanda, Nusayrat Qaçqınlar Düşərgəsinin şimal və mərkəzi hissələri artilleriya atəşinə tutulub.

Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində bir neçə bölgəyə hava hücumları təşkil olunub. Mevasi bölgəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində, aralarında bir ər-arvadın da olduğu 3 fələstinli həyatını itirib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzanın yenidənqurma xərcləri #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #İsrail və Qəzza münaqişəsi #İsrail vətəndaşlarının Qəzza zolağına qanunsuz girişi #İsrail Qəzza işğalı #İsrail Qəzza bombardmanı #İsrail Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.