13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya-İsrail arasında yeni təhlükəsizlik razılaşması gözlənir - Tom Barak

ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib ki, Suriya və İsrail “gərginliyi azaltmaq barədə razılığa yaxınlaşıblar”. Haaretz qəzetində yer alan xəbərə görə, Barak Birləşmiş Millətlər Təşkilatında (BMT) bir qrup jurnalistə Suriya ilə İsrail arasında yeni təhlükəsizlik razılaşmasının imzalanması üçün aparılan danışıqlar barədə fikirlərini bölüşüb. Barrack Suriya ilə İsrailin “gərginliyi azaltmaq barədə razılığa yaxın olduqlarını” bildirib.

24 Sentyabr 2025 11:28
Suriya-İsrail arasında yeni təhlükəsizlik razılaşması gözlənir - Tom Barak

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib ki, Suriya və İsrail “gərginliyi azaltmaq barədə razılığa yaxınlaşıblar”.

AzerVoice xəbər verir ki,Haaretz qəzetində yer alan xəbərə görə, Barak Birləşmiş Millətlər Təşkilatında (BMT) bir qrup jurnalistə Suriya ilə İsrail arasında yeni təhlükəsizlik razılaşmasının imzalanması üçün aparılan danışıqlar barədə fikirlərini bölüşüb.

Barak Suriya ilə İsrailin “gərginliyi azaltmaq barədə razılığa yaxın olduqlarını” bildirib.

ABŞ nümayəndəsi deyib ki, “gərginliyi azaltmaq” razılığı əldə olunarsa, Tel-Əviv Suriya üzərinə hücumlarını dayandıracaq, Dəməşq isə İsrailin işğalı altında olan Qolan təpələrinə yaxın bölgələrə ağır hərbi texnika və maşın yerləşdirməyəcək.

İsrail ilə Suriya arasındakı danışıqlara vasitəçilik edən Barak qeyd edib ki, “gərginliyi azaltmaq” razılaşması Dəməşq ilə Tel-Əviv arasında imzalanacaq yeni təhlükəsizlik razılaşmasının “ilk addımı” olacaq.

Barak əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Dəməşq ilə Tel-Əviv arasında əldə olunacaq “gərginliyi azaltmaq” razılığını elan etməyi planlaşdırırdı, lakin tərəflər arasında kifayət qədər irəliləyiş əldə olunmaması və İbrani təqviminə görə İsraildə yeni ilin başlaması səbəbindən proses yavaşlayıb, buna görə Tramp bu elanını təxirə salıb.

Yeni təhlükəsizlik razılaşmasının əldə olunması üçün Suriya ilə İsrail arasında danışıqlar davam edir.

Suriya prezidenti Əhməd əş-Şəraa isə 17 sentyabrda bir qrup jurnalistə bildirib ki, İsrail ilə yeni təhlükəsizlik razılaşması üçün aparılan danışıqlar “gələcək günlərdə nəticələnə bilər”.

Məqalədə: #İsrail #BMT #Tel-Əviv #Donald Tramp #Suriya #ABŞ-İsrail ortaq strategiyası #İsrailin Suriya siyasəti #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #ABŞ-ın Suriyaya tələbləri #BMT Baş Assambleyası #Tomas Barak #Tomas Barak Suriya üzrə nümayəndə #İsrail-Suriya dolaylı danışıqları

Mövzu üzrə digər xəbərlər

Hakan Fidan Suriyaya səfərə gedib
Suriya

Hakan Fidan Suriyaya səfərə gedib

14:59
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya

İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib

13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13:00

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.