12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Qəzzada daha 24 Fələstinlini qətlə yetirdi

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi son hücumlarda, aralarında humanitar yardım gözləyənlərin də olduğu 24 fələstinli həyatını itirib. Hadisə şahidlərinin və səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağının şimal, mərkəz və cənub hissələrində mülki əraziləri və guya “humanitar yardım paylama mərkəzlərini” hədəfə alıb. İsrail ordusu gecə boyunca Qəzzanın şimal bölgəsini intensiv bombardman edib. Hücumlar nəticəsində çoxsaylı binalar tamamilə dağıdılıb.

26 Sentyabr 2025 15:21
İsrail Qəzzada daha 24 Fələstinlini qətlə yetirdi

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi son hücumlarda, aralarında humanitar yardım gözləyənlərin də olduğu 24 fələstinli həyatını itirib.

AzerVoice xəbər verir ki, hadisə şahidlərinin və səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağının şimal, mərkəz və cənub hissələrində mülki əraziləri və guya “humanitar yardım paylama mərkəzlərini” hədəfə alıb.

İsrail ordusu gecə boyunca Qəzzanın şimal bölgəsini intensiv bombardman edib. Hücumlar nəticəsində çoxsaylı binalar tamamilə dağıdılıb.

Qəzza şəhərində səhər saatlarında həyata keçirilən hücumlarda 12 nəfər həlak olub.

Qəzzanın mərkəzində yerləşən Netzarim Dəhlizi ətrafında humanitar yardım gözləyən insanlara açılan atəş nəticəsində 10 nəfər həyatını itirib.

Cənubdakı Rəfah şəhərində isə yardım gözləyən 1 fələstinli İsrail hücumu nəticəsində öldürülüb.

Eyni zamanda, Qəzzanın cənubundakı Xan Yunis şəhərinə edilən hücumda daha 1 nəfər həlak olub.

Səhiyyə mənbələrinin verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən Əl-Avdə Xəstəxanasına 10, Şifa Xəstəxanasına 8, Əl-Əhli Baptist Xəstəxanasına 4, Nasir Xəstəxanasına isə 2 nəfərin cəsədi çatdırılıb.

Həmin xəstəxanalara çox sayda yaralı da gətirilib.

Məqalədə: #Qəzza #Qəzza zolağı #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Humanitar yardım təşəbbüsləri #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri

Mövzu üzrə digər xəbərlər

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq

İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib

18:27

Son Xəbərlər

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
19:46
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
19:42
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
19:21
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.