11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Əzm Donanmasına hücum etiraz dalğasına səbəb olub

İsrailin Qəzza Zolağına humanitar yardım aparmaq üçün yola çıxan Qlobal Sumud Donanmasına hücumundan sonra dünyanın dörd bir tərəfində etiraz aksiyaları keçirilir. Türkiyənin bir çox şəhərində donanmaya dəstək aksiyaları keçirilərkən, İtaliyada bəzi həmkarlar ittifaqları donanmanın qarşısının alınmasını əsas göstərərək ümumi tətil elan edib. Bir çox şəhərdə qatar reysləri ləngiyib, liman işçiləri gəmi hərəkətini əngəlləyib. Milan şəhərində təxminən 20 min nəfər hücumu etirazla qarşılayıb, paytaxt Roma və Turin şəhərlərində də minlərlə italyan əlində Fələstin bayraqları ilə küçələrə çıxıb.

4 Oktyabr 2025 10:15
Əzm Donanmasına hücum etiraz dalğasına səbəb olub

BAKI, AzerVoice, Nailə Babazadə

İsrailin Qəzza Zolağına humanitar yardım aparmaq üçün yola çıxan Əzm Donanması hücumundan sonra dünyanın dörd bir tərəfində etiraz aksiyaları keçirilir.

AzerVoice xəbər verir ki, Türkiyənin bir çox şəhərində donanmaya dəstək aksiyaları keçirilərkən, İtaliyada bəzi həmkarlar ittifaqları donanmanın qarşısının alınmasını əsas göstərərək ümumi tətil elan edib. Bir çox şəhərdə qatar reysləri ləngiyib, liman işçiləri gəmi hərəkətini əngəlləyib. Milan şəhərində təxminən 20 min nəfər hücumu etirazla qarşılayıb, paytaxt Roma və Turin şəhərlərində də minlərlə italyan əlində Fələstin bayraqları ilə küçələrə çıxıb.

İspaniyanın 35 şəhərində isə minlərlə tələbə dərsləri boykot edərək meydana çıxıb və İsraili etirazla qarşılayıb. Tələbə Həmkarlar İttifaqının “Fələstin xalqına qarşı soyqırımı dayandıraq” çağırışına cavab olaraq minlərlə tələbə dərs buraxma aksiyasına qoşulub. Ölkə miqyasında keçirilən aksiyaların ən böyüyü 4 mindən çox insanın iştirak etdiyi paytaxt Madrid şəhərində baş tutub. Fələstinə dəstək və İsrailə qarşı etiraz aksiyalarının həftə boyunca davam edəcəyi gözlənilir. Bu gün də İspaniyada müəllimlər dərs buraxma aksiyasına qatılacaq.

Niderlandın Haaqa şəhərindəki Xarici İşlər Nazirliyinin qarşısında toplaşan Fələstin tərəfdarı qruplarla polis arasında gərginlik yaşanıb. Braziliyanın Rio-de-Janeyro və Slovakiyanın Bratislava şəhərləri də dünənki etiraz aksiyalarının mərkəzlərindən olub.

İtaliyada bəzi həmkarlar ittifaqlarının tətil elan etdiyi bir çox şəhərdə İsrail əleyhinə etiraz nümayişləri keçirilib. Milan şəhərində də təxminən 20 min nəfər Fələstinlə həmrəylik və İsrailə etiraz məqsədilə küçələrə axışıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Əzm Donanmas #Qlobal Əzm Donanması #Əzm Flotiliyası

Mövzu üzrə digər xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

18:34
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.