12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Tramp planının birinci mərhələsini həyata keçirməyə hazırlaşır

İsrail və “HƏMAS” arasında əsirlərin azad edilməsi və atəşkəs barədə Tramp planının ilk mərhələsi sabah Misirdə başlayır. Danışıqlarda ABŞ da iştirak edir.

4 Oktyabr 2025 18:20
İsrail Tramp planının birinci mərhələsini həyata keçirməyə hazırlaşır

BAKI, AzerVoice

İsrail mediası bildirir ki, ABŞ prezidenti Donald Trampın təqdim etdiyi Qəzza planının birinci mərhələsi sabah, 6 oktyabr tarixində başlayacaq. Bu mərhələ Qəzzada saxlanılan bütün əsirlərin azad edilməsi və müvəqqəti atəşkəsin təmin edilməsini nəzərdə tutur.

İsrail Yayım Təşkilatı (KAN) hökumət mənbələrinə istinadən xəbər verir ki, strateji məsələlər naziri Ron Dermer sabah Misirdə keçiriləcək danışıqlarda İsrail nümayəndə heyətinə rəhbərlik edəcək.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff da danışıqlarda iştirak etmək üçün Qahirəyə yola düşüb.

Netanyahu ofisindən “dərhal icra” siqnalı

İsrail baş naziri Benyamin Netanyahunun ofisindən yayılan açıqlamada, hökumətin “Tramp planının birinci mərhələsini dərhal icra etməyə tam hazır” olduğu bildirilib.

Planın əsas məqsədi- Qəzzada saxlanılan bütün İsrailli əsirlərin dərhal azad edilməsidir.

Orduda fövqəladə müşavirə və əməliyyat hazırlığı

İsrail Ordusunun məlumatına görə, Baş Qərargah rəisi Eyal Zamir son hadisələrlə bağlı fövqəladə iclas keçirib. İclasda əməliyyat, kəşfiyyat, planlaşdırma, Cənub Komandanlığı və Hərbi Hava Qüvvələrinin rəhbərləri iştirak edib. Ordudan verilən məlumata görə, Zamir “Tramp planının icrası üçün hazırlığın artırılması” barədə göstəriş verib.

Ordunun bəyanatında vurğulanıb ki, “qoşunların təhlükəsizliyi prioritet məsələdir” və bütün resurslar Cənub Komandanlığının müdafiəsinə yönəldiləcək.

Müdafiə rejiminə keçid və danışıqların əhəmiyyəti

ABŞ-ın “Axios” nəşri yazır ki, İsrail ordusu yalnız müdafiə xarakterli əməliyyatlara keçəcək və Qəzza şəhərinin ələ keçirilməsini dayandıracaq.

“Yisrael Hayom” qəzeti isə hökumət mənbəsinə istinadla bildirir ki, bu addım HƏMAS-a əsirlərin azad edilməsinə hazırlaşmaq üçün vaxt qazandırmaq məqsədi daşıyır.

Mənbə qeyd edib ki, bu, rəsmi atəşkəs deyil, lakin HƏMAS plan qüvvəyə mindikdən 3 gün ərzində bütün əsirləri qaytarmalıdır.

Qəzza danışıqlarının nəticəsi - Tramp planının gələcəyi üçün həlledici

İsrailli rəsmilərin sözlərinə görə, sabahdan başlayacaq danışıqlar “ilk gündən HƏMAS-ın səmimiyyətini göstərəcək - ya planı qəbul edib razılaşacaq, ya da vaxt udmağa çalışacaq.”

Hazırda Qəzza müharibəsinin humanitar və siyasi nəticələri bütün regiona təsir göstərir. Tramp planı isə, tərəflər arasında uzunmüddətli sülh və əsir mübadiləsi üçün son şans kimi qiymətləndirilir.

Məqalədə: #Donald Tramp #HƏMAS #Trampın Qəzza planı #Trampın siyasətləri #Trampın fərmanları #Eyal Zamir #Stiv Uitkof İran açıqlaması #Qəzza müharibəsi nəticəsində gigiyena böhranının bumeranq təsiri #Ron Dermer #Qəzza planının birinci mərhələsi #KAN #Qəzza danışıqlarının nəticəsi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.