8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı “Uber”in həmtəsisçisi və “Red Sea Global”ın rəhbərinə vətəndaşlıq verdi

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən verilən ali fərmanla “Uber” şirkətinin həmtəsisçisi və sahibkar Travis Kalanik və “Red Sea Global” (Qırmızı Dəniz Beynəlxalq) şirkətinin baş icraçı direktoru Con Baqano Səudiyyə vətəndaşlığı ilə təltif olunublar

10 Oktyabr 2025 07:37
Səudiyyə Ərəbistanı “Uber”in həmtəsisçisi və “Red Sea Global”ın rəhbərinə vətəndaşlıq verdi

BAKI,AzerVoice

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən verilən ali fərmanla “Uber” şirkətinin həmtəsisçisi və sahibkar Travis Kalanik və “Red Sea Global” (Qırmızı Dəniz Beynəlxalq) şirkətinin baş icraçı direktoru Con Baqano Səudiyyə vətəndaşlığı ilə təltif olunublar.
AzerVoice xəbər verir ki, bu addım “Səudiyyə 2030 Visyonu” strategiyası çərçivəsində elmi, innovativ və sahibkarlıq sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri ölkəyə cəlb etmək və insan kapitalına sərmayəni gücləndirmək məqsədi daşıyır.
Vətəndaşlıq alan şəxslər Səudiyyə iqtisadiyyatına dəyər qatan, gələcək sektorların inkişafına və qeyri-neft gəlirlərinin artırılmasına töhfə verən şəxslər arasında yer alır.

Kalanik 26 ildən artıq təcrübəyə malik bir sahibkardır və dünyanın ən uğurlu startaplarından biri olan “Uber”in həmtəsisçisi və keçmiş baş direktoru kimi tanınır. Onun rəhbərliyi dövründə şirkətin bazar dəyəri 150 milyard dollara qədər yüksəlib.

Hal-hazırda Kalanik “CloudKitchens” adlı beynəlxalq səviyyədə fəaliyyət göstərən “bulud mətbəxləri” şəbəkəsinin baş direktorudur. Şirkət 400-dən çox məntəqədə, o cümlədən Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ daxil olmaqla Yaxın Şərqdə “Kitchen Park” brendi altında fəaliyyət göstərir. O, şirkətə 1,25 milyard dollarlıq sərmayə cəlb etməklə onun qlobal genişlənməsini sürətləndirib.

Kalanik həmçinin “10100 Fund” adlı investisiya fondunun yaradıcısıdır. Fond Çin və Hindistanda daşınmaz əmlak, e-ticarət və texnoloji innovasiyalar sektorlarında yatırımlar həyata keçirir.

“Red Sea Global” şirkətinin baş icraçı direktoru Con Baqano turizm və inkişaf layihələri sahəsində 40 illik təcrübəyə malikdir. O, 2006-cı ildə “Baha Mar” şirkətinin rəhbəri kimi Bahama adalarında 3,6 milyard dollarlıq lüks kurort kompleksinin tikintisinə rəhbərlik edib.

Hazırda Baqano “Red Sea” və “Amala” layihələrinə rəhbərlik edir. Hər iki layihə 2022-ci ildə birləşərək Səudiyyə Ərəbistanının beynəlxalq turizm sektorunun simvoluna çevrilib. 2024-cü ildə “Forbes Middle East” jurnalı onu regionun “Turizm və səyahət liderləri” siyahısına daxil edib.

Məqalədə: #Məhəmməd bin Salman #Xalid bin Salman bin Əbdüləziz #Səudiyyə 2030 Vizyonu #Vision 2030 Səudiyyə #Məhəmməd bin Salman strategiyası #Məhəmməd bin Salman kimdir və nəyi dəyişdi #Vision 2030 planı Səudiyyədə nələri əhatə edir #Tramp və Məhəmməd bin Salman #Red Sea Global #Uber #CloudKitchens #Kitchen Park #10100 Fund #Baha Mar #Amala #Forbes Middle East

Mövzu üzrə digər xəbərlər

Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib
Neft və qaz

Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

3 Sentyabr 13:19
Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı

Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

2 Sentyabr 12:40
Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb
ArabShow

Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

31 Avqust 12:43
Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

30 Avqust 18:05

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.