6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Qəzzada hücumlarını davam etdirir

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən Qəzza atəşkəsi risk altındadır, İsrail ordusu bölgədə hücumlarını davam etdirərək razılaşmanı dəfələrlə pozub. Qəzza Hökumətinin Media Ofisinin bəyanatına əsasən, İsrail ordusu atəşkəs razılaşmasını 80 dəfə pozub.

20 Oktyabr 2025 12:50
İsrail Qəzzada hücumlarını davam etdirir

BAKI, AzerVoice, Fərid Mikayılov

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən Qəzza atəşkəsi risk altındadır, İsrail ordusu bölgədə hücumlarını davam etdirərək razılaşmanı dəfələrlə pozub.

AzerVoice xəbər verir ki, Qəzza Hökumətinin Media Ofisinin bəyanatına əsasən, İsrail ordusu atəşkəs razılaşmasını 80 dəfə pozub.

Bu hücumlar nəticəsində 97 fələstinli həyatını itirib, 230 nəfər isə yaralanıb. Hadisələr Qəzza zolağının müxtəlif ərazilərində, o cümlədən Rəfah keçid məntəqəsi yaxınlığında baş verib.

HƏMAS, İsrail rejimini atəşkəsin pozulmasında ittiham edib. Qruplaşma bildirib ki, oktyabrın 11-də qüvvəyə minən razılaşmanın cəmi bir gün sonra pozulması, İsrailin niyyətlərini açıq şəkildə göstərir.

Qeyd edək ki, ötən həftə Misirin Şarm əl-Şeyx şəhərində ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin həmsədrlik etdiyi konfransda “Qəzza sülh sazişi” imzalanmışdı. Görüşdə 20-dən artıq ölkənin liderləri və nümayəndələri iştirak etmişdi.

Bununla belə, İsrailin son 10 gündə həyata keçirdiyi hücumlar sazişin icrasını sual altına qoyub. Hücumlar bölgədə sülhün bərqərar olmasını çətinləşdirir və genosid xarakterli müharibənin yenidən alovlanması təhlükəsini artırır.

Qeyd edək ki, Qəzzada 2023-cü ilin oktyabrından bəri davam edən İsrail əməliyyatları nəticəsində 68 mindən çox fələstinli öldürülüb, 170 mindən artıq insan yaralanıb. BMT və beynəlxalq müşahidəçilər vəziyyəti “humanitar fəlakət” kimi qiymətləndirir.

Məqalədə: #Qəzza #İsrail #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #ABŞ #Tel-Əviv #Qətər #Donald Tramp #HƏMAS #Əbdülfəttah əs-Sisi #ABŞ-ın Qəzza üzrə sülh planı #Qəzza sülh sazişi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.