9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanında ÜDM artımı üçüncü rübdə 5 faizə yüksəldi – 2023-dən bəri ən yüksək göstərici

Səudiyyə Ərəbistanının real ÜDM artımı 2025-ci ilin üçüncü rübündə 5 faiz təşkil edib. Bu, 2023-cü ilin birinci rübündən bəri qeydə alınan ən sürətli iqtisadi genişlənmədir. Məlumat Statistika üzrə Baş İdarənin operativ hesablamalarında əksini tapıb. İdarənin açıqlamasına əsasən, artım bütün əsas iqtisadi fəaliyyət sahələrində qeydə alınıb. Qeyri-neft sektoru 4,5 faiz, neft sektoru isə 8,2 faiz artım göstərib. Dövlət sektorundakı artım 1,8 faiz səviyyəsində olub.

30 Oktyabr 2025 12:25
Səudiyyə Ərəbistanında ÜDM artımı üçüncü rübdə 5 faizə yüksəldi – 2023-dən bəri ən yüksək göstərici

BAKI, AzerVoice, Nailə Babazadə

Səudiyyə Ərəbistanının real ÜDM artımı 2025-ci ilin üçüncü rübündə 5 faiz təşkil edib. Bu, 2023-cü ilin birinci rübündən bəri qeydə alınan ən sürətli iqtisadi genişlənmədir.

AzerVoice xəbər verir ki,məlumat Statistika üzrə Baş İdarənin operativ hesablamalarında əksini tapıb.

İdarənin açıqlamasına əsasən, artım bütün əsas iqtisadi fəaliyyət sahələrində qeydə alınıb. Qeyri-neft sektoru 4,5 faiz, neft sektoru isə 8,2 faiz artım göstərib. Dövlət sektorundakı artım 1,8 faiz səviyyəsində olub.

Hesabatda bildirilir ki, real ÜDM artımına ən böyük töhfə qeyri-neft sektorundan gəlib. Bu sahənin ümumi artıma təsiri 2,6 faiz bəndi təşkil edib.

Qeyd edək ki, ötən gün iqtisadiyyat və planlaşdırma naziri Feysəl əl-İbrahim Riyadda keçirilən “Gələcəyin İnvestisiyaları Təşəbbüsü” çərçivəsində verdiyi bəyanatda, 2025-ci ildə ölkənin ümumi iqtisadi artım səviyyəsinin 5,1 faiz olacağını qeyd etmişdi.

Məqalədə: #Səudiyyə Ərəbistanı #ÜDM #Səudiyyə Ərəbistanı şirkətləri #Səudiyyə xəbərləri #Səudiyyə 2030 Vizyonu #ÜDM artımı #ÜDM 2025 #Gələcəyin İnvestisiyaları Təşəbbüsü

Mövzu üzrə digər xəbərlər

Yəmən husi terrorçularından təmizlənir
Yəmən

Yəmən husi terrorçularından təmizlənir

07:32
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31

Son Xəbərlər

Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.