5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

320 mindən çox suriyalı artıq ölkəsinə qayıdıb - Livan

Livan Sosial İşlər naziri Hanin əs-Seyyid bildirib ki, ilin sonuna qədər ölkəsinə könüllü şəkildə qayıdan suriyalı qaçqınların sayının yarım milyona çatacağı gözlənilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, nazir Seyyid, Livan hökumətinin suriyalı qaçqınların könüllü şəkildə öz ölkələrinə qayıdışını təmin etmək üçün hazırladığı plan çərçivəsində evlərinə dönmək üçün yola çıxan bir qrup suriyalıya müşayiət edib.

31 Oktyabr 2025 09:21
320 mindən çox suriyalı artıq ölkəsinə qayıdıb - Livan

BAKI, AzerVoice, Nailə Babazadə

Livan Sosial İşlər naziri Hanin əs-Seyyid bildirib ki, ilin sonuna qədər ölkəsinə könüllü şəkildə qayıdan suriyalı qaçqınların sayının yarım milyona çatacağı gözlənilir.

AzerVoice xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, nazir Seyyid, Livan hökumətinin suriyalı qaçqınların könüllü şəkildə öz ölkələrinə qayıdışını təmin etmək üçün hazırladığı plan çərçivəsində evlərinə dönmək üçün yola çıxan bir qrup suriyalıya müşayiət edib.

Bekaa bölgəsinə bağlı Zahle qəsəbəsində açıqlama verən Seyyid bildirib ki, hökumətin sözügedən planı Livan Ümumi Təhlükəsizlik İdarəsi, BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Nazir qeyd edib ki, indiyədək 320 mindən çox suriyalı öz ölkəsinə könüllü şəkildə qayıdıb və bu rəqəmin ilin sonuna qədər yarım milyona çatacağı gözlənilir.

Qeyd edək ki, Livanın suriyalı qaçqınların könüllü və nizamlı şəkildə geri dönməsini nəzərdə tutan planının ilk mərhələsi 29 iyul 2024-cü ildə başlayıb. Həmin gün 72 suriyalı qaçqın Livan Daxili Təhlükəsizlik Baş İdarəsi və Suriya hökuməti arasında koordinasiya ilə əl-Məsna sərhəd qapısından ölkələrinə keçiblər.

Livanda yaşayan suriyalı qaçqınların sayının 1,8 milyon olduğu təxmin edilir. Onların təxminən 880 mini UNHCR-də qeydiyyatdan keçib.

Digər tərəfdən, Suriyada Əsəd rejiminin 8 dekabr 2024-cü ildə süqutundan sonra, vətəndaş müharibəsi illərində qonşu ölkələrə sığınmış suriyalıların öz vətənlərinə qayıdışı sürətlənib.

Məqalədə: #Livan #Suriya #Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) #Suriya xəbərləri #Suriya münaqişəsi #Livan siyasəti 2025 #Suriya rejiminin Livandakı rolu #Suriya rejimi və Livan siyasəti #UNHCR #Livan və Suriya #IOM

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

18:17
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

11:51
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00

Son Xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.