4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Fələstin fraksiyaları Qəzzənin idarəçiliyi ilə bağlı razılıq üçün bu həftə Qahirədə toplanır

“HƏMAS” hərəkatı başda olmaqla səkkiz fələstinli fraksiya bu həftə Qahirədə keçiriləcək görüşdə Qəzza zolağında keçid idarəçiliyi modelinə dair razılıq əldə etməyə çalışacaq.

2 Noyabr 2025 20:53
Fələstin fraksiyaları Qəzzənin idarəçiliyi ilə bağlı razılıq üçün bu həftə Qahirədə toplanır

BAKI, AzerVoice

“HƏMAS” hərəkatı başda olmaqla səkkiz fələstinli fraksiya bu həftə Qahirədə keçiriləcək görüşdə Qəzza zolağında keçid idarəçiliyi modelinə dair razılıq əldə etməyə çalışacaq.

Məlumata əsasən, tərəflər Qəzzəni idarə edəcək təklif olunan texnokratlar komitəsinə kimin rəhbərlik edəcəyi və bu hökumətin Fələstin Muxtariyyəti çərçivəsində fəaliyyət göstərib-göstərməyəcəyi barədə müzakirələr aparacaq.

Ərəb və fələstinli rəsmilərin sözlərinə görə, əgər belə bir idarə heyəti formalaşarsa, o, ABŞ Prezidenti Donald Trampın planında nəzərdə tutulan “Sülh Şurası”nın funksiyalarını əvəz edə və ya onunla paralel fəaliyyət göstərə bilər. Yeni qurumun məqsədi Qəzzə daxilində təhlükəsizliyi təmin etmək olacaq - bunun üçün xarici qüvvələrin yerləşdirilməsi variantı da müzakirə olunur.

Mənbələr bildiriblər ki, stabilizasiyanı qorumaq məqsədilə çoxmillətli qüvvələrin formalaşdırılması ilə bağlı ayrıca danışıqlar da davam edir.

Misirin xarici işlər naziri Bədr Əbdülati The Washington Post-a açıqlamasında bildirib ki, məqsəd tamamilə Qəzzadan olan texnokratlardan ibarət inzibati komitə yaratmaqdır.

“Əsas məqsəd fələstinlilərin, o cümlədən Fələstin Muxtariyyətinin, Qəzzəni İordan çayının qərb sahilinin ayrılmaz hissəsi kimi idarə etməsini təmin etmək və bu addımı gələcək Fələstin dövlətinin qurulmasına doğru atmaqdır,” - deyə nazir vurğulayıb.

Əbdülati qeyd edib ki, komitə Qəzzədə gündəlik həyatın idarə olunmasına, polis qüvvələri isə qanunların icrasına və təhlükəsizliyin təmininə cavabdeh olacaq.

Nazir əlavə edib ki, “Sülh Şurası”nın mandatını BMT Təhlükəsizlik Şurası müəyyən etməlidir, o cümlədən onun fələstinli inzibati komitə ilə əlaqəsini. Bununla belə, o vurğulayıb ki, Misir və fələstinli fraksiyalar arasında Qəzzənin vətəndaş işlərinin yalnız fələstinlilər tərəfindən idarə edilməli olduğu barədə tam razılıq mövcuddur.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qahirə #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Fələstin-İsrail münaqişəsi #Fələstin Muxtariyyəti böhranı #Fələstin liderliyi böhranı #Fələstin seçkiləri və Abbasın gələcəyi #Ərəb ölkələrinin Fələstin planı #Fələstin humanitar yardımı #Trampın Fələstin planı #ABŞ-ın Fələstin siyasətində dəyişiklik #Fələstin beynəlxalq ictimaiyyətə çağırış #Ərəb Sammiti Qahirə 2025 Qəzza planı

Mövzu üzrə digər xəbərlər

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59
İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu
Yaxın Şərq

İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

2 Sentyabr 19:15
Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin
Fələstin

Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

2 Sentyabr 18:35
Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib
Digər Dövlətlər

Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

2 Sentyabr 18:26

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.