9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail uşaq peyvəndlərinin girişini məhdudlaşdırır - UNICEF

Qəzzadakı uşaqların peyvəndi üçün lazım olan şprislərin Qəzzaya keçirilməsinə İsrail tərəfindən icazə verilmir. UNICEF hazırda atəşkəs dövründən istifadə edərək genişmiqyaslı peyvənd kampaniyasına başlayıb. Lakin 1,6 milyon şprisin və peyvəndlərin saxlanması üçün günəş enerjisi ilə işləyən soyuducuların bölgəyə gətirilməsi üçün ləvazimatlar aylarla gömrükdə gözləyir. Təşkilat bildirir ki, şprislər avqust ayından bəri icazə gözləyir.

11 Noyabr 2025 20:29
İsrail uşaq peyvəndlərinin girişini məhdudlaşdırır - UNICEF

BAKI,AzerVoice, Orxan Qədirzadə

Qəzzadakı uşaqların peyvəndi üçün lazım olan şprislərin Qəzzaya keçirilməsinə İsrail tərəfindən icazə verilmir.

AzerVoice arabnews-a istinadən xəbər verir ki, UNICEF hazırda atəşkəs dövründən istifadə edərək genişmiqyaslı peyvənd kampaniyasına başlayıb. Lakin 1,6 milyon şprisin və peyvəndlərin saxlanması üçün günəş enerjisi ilə işləyən soyuducuların bölgəyə gətirilməsi üçün ləvazimatlar aylarla gömrükdə gözləyir. Təşkilat bildirir ki, şprislər avqust ayından bəri icazə gözləyir.

UNICEF-in sözçüsü Rikardo Pires məsələ ilə bağlı açıqlamasında deyib ki,həm şprislər, həm də soyuducular İsrail tərəfindən ‘ikili təyinatlı məhsul’ kimi qiymətləndirilir. Bu səbəbdən onların keçidi üçün icazə almaq çətinləşir, halbuki bunlar təcili ehtiyac olan tibbi ləvazimatlardır.

“İkili təyinatlı” ifadəsi İsrailin, həmin məhsulların həm mülki, həm də hərbi məqsədlə istifadə oluna biləcəyi ehtimalını ifadə edir.

Qəzzaya humanitar yardım axınlarına nəzarət edən COGAT qurumu məsələ ilə bağlı mövqe bildirməyib. Qurum daha əvvəl qida, su, tibbi ləvazimat və sığınacaq vasitələrinin girişinə məhdudiyyət qoymadığını açıqlamışdı. İsrail həmçinin HƏMAS-ı humanitar yardımları mənimsəməkdə ittiham edir. HƏMAS isə bu iddiaları rədd edir.

UNICEF bazar günü peyvənd kampaniyasının ilk mərhələsinə start verib. Məqsəd son iki ildə peyvənd ala bilməyən 3 yaşadək 40 min uşağa poliomielit, qızılca və pnevmoniyaya qarşı peyvəndlərin vurulmasıdır.

Kampaniyanın ilk günündə 2 400-dən çox uşağa peyvənd tətbiq edilib.

Piresin sözlərinə görə kampaniya davam edir, lakin bunun üçün əlavə tibbi ləvazimatlara ehtiyac var.

UNICEF bildirir ki, əvvəlki aylara nisbətən daha çox yardım daxil olsa da, həyati əhəmiyyətli bəzi məhsullar hələ də keçidə buraxılmır. Bunlara 938 min ədəd hazır körpə qidası butulkası, su maşınları üçün ehtiyat hissələri daxildir.

Xatırladaq ki, 10 oktyabrda əldə olunan atəşkəs bölgəyə humanitar yardımın kütləvi şəkildə artırılmasını nəzərdə tuturdu. Lakin beynəlxalq yardım təşkilatları bildirirlər ki, daxil olan yardım 2 milyon insanın ehtiyacını ödəmək üçün kifayət etmir.

Məqalədə: #Qəzza zolağı #UNICEF #Qəzza münaqişəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzalı uşaqların peyvədlənməsi kampaniyası #COGAT qurumu

Mövzu üzrə digər xəbərlər

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Yəmən

Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib

19:59

Son Xəbərlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.