4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı region və dünyada təhlükəsizliyin təmininə dəstəyini təsdiqləyir

Səudiyyə Ərəbistanı Nazirlər Şurası bir daha Krallığın regionda və dünyada sülh və təhlükəsizliyi möhkəmləndirməyə yönəlmiş səyləri tam dəstəklədiyini bəyan edib. Şura bu bəyanatı vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən iclas zamanı səsləndirib. Toplantıda regional və beynəlxalq proseslər, eləcə də hazırkı siyasi vəziyyət müzakirə olunub.

12 Noyabr 2025 12:49
Səudiyyə Ərəbistanı region və dünyada təhlükəsizliyin təmininə dəstəyini təsdiqləyir

BAKI, AzerVoice, Nailə Babazadə

Səudiyyə Ərəbistanı Nazirlər Şurası bir daha Krallığın regionda və dünyada sülh və təhlükəsizliyi möhkəmləndirməyə yönəlmiş səyləri tam dəstəklədiyini bəyan edib.

AzerVoice xəbər verir ki, şura bu bəyanatı vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən iclas zamanı səsləndirib. Toplantıda regional və beynəlxalq proseslər, eləcə də hazırkı siyasi vəziyyət müzakirə olunub.

İclasın əvvəlində vəliəhd şahzadə Malayziya kralı Sultan İbrahim bin İskandarın Səudiyyəyə səfərinin nəticələri barədə kabinetə məlumat verib. Hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Nazirlər Şurası həcc, ümrə və ziyarət xidmətlərinin inkişafına yönəlmiş dövlət səylərini yüksək qiymətləndirib. Kral Salman bin Əbdüləzizin “Həcc Konfransı və Sərgisi - 1447” çərçivəsində verdiyi mesajda ziyarətçilərə göstərilən xidmətlərin daha da təkmilləşdiriləcəyi vurğulanıb.

Şura, “Kral Əbdüləziz Mərkəzi” tərəfindən ilk dəfə təşkil edilən “Həcc və Hərəmlərin tarixi” forumunu da mühüm hadisə kimi dəyərləndirib. Səudiyyənin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Şimal Afrika və Şərqi Aralıq dənizi bölgəsində 16 “sağlam şəhər” statusu ilə liderliyi də xüsusi qeyd olunub.

Nazirlər Şurası bildirib ki, bu göstərici insan sağlamlığının milli inkişafın əsas prioriteti olduğunu sübut edir. Krallıq, həmçinin İslam Həmrəyliyi Oyunlarının altıncı mərhələsinə ev sahibliyi edəcək. 57 ölkədən 3 min atletin iştirak edəcəyi oyunlar xalqlar arasında dostluq və sülh dəyərlərini möhkəmləndirəcək.

Şura “Biban 2025” forumu çərçivəsində 38 milyard rialdan çox investisiya müqavilələrinin imzalanmasını da yüksək qiymətləndirib. Bu addım kiçik və orta biznesin inkişafına, startap ekosisteminin genişlənməsinə mühüm dəstək verəcək.

Nazirlər Şurası Dünya Bankının Səudiyyədə təhsil keyfiyyətinin yüksəlməsinə dair müsbət hesabatını da müzakirə edib. Təhsil və Təlimin Qiymətləndirilməsi Qurumu tərəfindən həyata keçirilən proqramların göstərdiyi nəticələr insan resurslarının inkişafına xidmət edir.

İclasda həmçinin iqtisadi, siyasi və təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparılıb. Bir sıra beynəlxalq sazişlərin imzalanması barədə qərarlar qəbul olunub.

Səudiyyə Krallığı ilə Suriya arasında enerji sahəsində əməkdaşlıq sənədi təsdiqlənib. Həmçinin su ehtiyatları üzrə beynəlxalq təşkilatın yaradılmasına dair sənəd də qəbul olunub.

ABŞ və İspaniya ilə məhkəmə, iqtisadiyyat və elmi araşdırmalar sahəsində əməkdaşlıq memorandumu da təsdiqlənib. Nazirlər Şurası həmçinin coğrafi göstəricilərin qorunması haqqında qanunu qəbul edib və iki dəniz qoruğunun yaradılmasını təsdiqləyib.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #Ümumdünya Səhiyyə Assambleyası #Səudiyyə Ərəbistanı şirkətləri #Səudiyyə xəbərləri #Ümumdünya Ticarət Təşkilatı #Səudiyyə Ərəbistanının vasitəçiliyi #Məhəmməd bin Salman strategiyası

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

16:30
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

14:11
Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb
Səudiyyə Ərəbistanı

Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb

12:26
LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib
Səudiyyə Ərəbistanı

LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib

12:16

Son Xəbərlər

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.