9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İordan çayının qərb sahilində məscid yandırıldı

İordan çayının qərb sahilində qeyri qanuni məskunlaşan radikal yəhudilər, bu gün sübh tezdən Səlfitin şimal-qərbində yerləşən Hacı Hömeydə məscidini yandırıblar. Fələstinli fəal Nəzmi əs-Səlman bildirib ki, hadisə Deiristiya və Kəfl Həris qəsəbələri arasında baş verib. Məlumatda qeyd edilir ki, məscidə daxil olan radikal yəhudilər, məscidin girişinə yandırıcı maddə töküblər. “Alovun bütün məscidə yayılmasının qarşısı sakinlərin müdaxiləsi ilə alınıb. Məscidin divarlarına ərəblərə və müsəlmanlara qarşı irqçi şüarlar yazılıb”-deyə məlumatda qeyd edilir.

13 Noyabr 2025 17:17
İordan çayının qərb sahilində məscid yandırıldı

BAKI, AzerVoice, Nailə Babazadə

İordan çayının qərb sahilində qeyri qanuni məskunlaşan radikal yəhudilər, bu gün sübh tezdən Səlfitin şimal-qərbində yerləşən Hacı Hömeydə məscidini yandırıblar.

AzerVoice xəbər verir ki, Fələstinli fəal Nəzmi əs-Səlman bildirib ki, hadisə Deiristiya və Kəfl Həris qəsəbələri arasında baş verib.

Məlumatda qeyd edilir ki, məscidə daxil olan radikal yəhudilər, məscidin girişinə yandırıcı maddə töküblər.

“Alovun bütün məscidə yayılmasının qarşısı sakinlərin müdaxiləsi ilə alınıb. Məscidin divarlarına ərəblərə və müsəlmanlara qarşı irqçi şüarlar yazılıb”-deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, hadisə bölgədə gərginliyin artdığı bir vaxtda baş verib.

ABŞ dövlət katibi Marko Rubio zorakılığın Qəzzadakı atəşkəs səylərinə təsir göstərə biləcəyindən narahatlığını bildirib.

Rubio bu cür hadisələrin atəşkəsi pozmamasına ümid etdiyini deyib.

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir radikal yəhudilərin zorakılığını pisləyib.

O, son hadisələrin İsrail cəmiyyətinin dəyərləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Zamir hərbi qüvvələrin bu cür cinayətkar davranışlara dözməyəcəyini deyib.

İsrail polisi hadisə ilə bağlı bir neçə məskunlaşanı saxladığını açıqlayıb.

İsrail ordusunun açıqlamasınd aqeyd olunur ki, maskalı israillilər fələstinlilərə hücum edib və əmlak yandırıblar.

Qeyd edək ki, 1967-ci ildən bəri İsrail Qərbi İordan sahilini işğal altında saxlayır.

Bu ərazidə 500 mindən çox israilli qeyri qanunu məskunlaşır.

Təəssüf olsun ki, məskunlaşanların zorakılığına çox vaxt hüquqi reaksiya verilmir.

BMT bildirir ki, 2025-ci ilin oktyabrı məskunlaşanların ən çox zorakılıq törətdiyi ay olub.

Məqalədə: #Qəzza #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Donald Tramp və Qəzza planı

Mövzu üzrə digər xəbərlər

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Yəmən

Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib

19:59
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Livan

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb

18:35

Son Xəbərlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.