9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzaya yardımın qarşısındakı məhdudiyyətlər dərhal qaldırılmalıdır - BMT

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri bildiriblər ki, Qəzzada güclü yağışlar, su basqınları və soyuq hava humanitar böhranı daha da ağırlaşdırır və bölgəyə daha çox yardımın çatdırılması üçün məhdudiyyətlərin təcili şəkildə aradan qaldırılması vacibdir.

19 Noyabr 2025 15:55
Qəzzaya yardımın qarşısındakı məhdudiyyətlər dərhal qaldırılmalıdır - BMT

BAKI, AzerVoice, Nailə Babazadə

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri bildiriblər ki, Qəzzada güclü yağışlar, su basqınları və soyuq hava humanitar böhranı daha da ağırlaşdırır və bölgəyə daha çox yardımın çatdırılması üçün məhdudiyyətlərin təcili şəkildə aradan qaldırılması vacibdir.

AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Humanitar İşlər üzrə Baş katib müavini və Təcili Yardım Koordinatoru Tom Fletcher sosial media hesabında paylaşım edib.

“Qəzzadakı fələstinlilər son yağışlardan sonra üşüyür və islanmış vəziyyətdədirlər. Sel suları yüksəlir, insanların az miqdarda olan əşyaları da məhv olur, ümidsizlik artır.” - deyə paylaşımda qeyd edilir.

Fletcher qeyd edib ki, BMT və tərəfdaş qurumlar yardım üçün hərəkətə keçib, lakin daha çox dəstəyə ehtiyac var.

“Daha çox yardımın bölgəyə daxil ola bilməsi üçün qalan məhdudiyyətlər təcili şəkildə aradan qaldırılmalıdır.” - deyə o qeyd edib.

BMT Baş katibinin sözçü müavini Fərhan Haq təşkilatın gündəlik brifinqində bildirib ki, BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi (OCHA) yağışlardan zərər görən ailələrə çadır, örtük və digər əsas ləvazimatların paylanmasını davam etdirir.

Haq, həmçinin BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatorluğunun (UNSCO) işğal altındakı Fələstin əraziləri üçün humanitar yardım fondundan Qəzzadakı həyati əməliyyatlara dəstək məqsədilə 18 milyon dollar ayırdığını açıqlayıb.

O əlavə edib ki, güclü yağış və qış şəraiti Qəzzada onsuz da çətin olan həyat şərtlərini daha da ağırlaşdırır və ayrılan bu vəsait ərzaq, su, səhiyyə və sığınacaq kimi əsas ehtiyaclara yönəlmiş 30-dan çox layihənin həyata keçirilməsini mümkün edəcək.

Məqalədə: #Qəzza #Qəzza zolağı #BMT #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri

Mövzu üzrə digər xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.