12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tarixdə ilk dəfə… Suriyada Asi çayı tamamilə qurudu

Suriyada Asi çayı tarixində ilk dəfə tamamilə qurumağa məruz qalıb. Bu, ölkənin ən vacib su arteriyalarından biri hesab edilən şay idi. Çaydakı suyun çəkilməsi ilə eyni vaxtda Rastan su anbarındakı ehtiyat səviyyəsi də minimum həddə enib ki, bu da kənd təsərrüfatı və yerli ekosistem üçün riskləri daha da artırır.

30 Noyabr 2025 07:11
Tarixdə ilk dəfə… Suriyada Asi çayı tamamilə qurudu

BAKI,AzerVoice

Suriyada Asi çayı tarixində ilk dəfə tamamilə qurumağa məruz qalıb. Bu, ölkənin ən vacib su arteriyalarından biri hesab edilən şay idi. Çaydakı suyun çəkilməsi ilə eyni vaxtda Rastan su anbarındakı ehtiyat səviyyəsi də minimum həddə enib ki, bu da kənd təsərrüfatı və yerli ekosistem üçün riskləri daha da artırır.

Bundan bir neçə ay əvvəl rəsmi SANA agentliyi Litani çayının da qurumasının Suriyaın şimal-qərbində yerləşən əl-Ğab düzündə ekoloji böhrana səbəb olduğunu bildirirdi. O zaman nəhəng su hövzələrinin yerini çatlamış torpaq və durğun bataqlıqlar almışdı. Bir vaxtlar həyat mənbəyi olan çay indi quraqlıq və yoxsulluqla mübarizənin simvoluna çevrilmişdi.

Agentlik həmin vaxt Qabr Fadda kəndindən olan bir balıqçının sözlərini sitat gətirmişdi:
“Çay artıq bizi qidalandırmır… Quraqlıq sadəcə suyun azalması deyil… bütöv bir həyat tərzinin ölümü deməkdir.”

Bu həftə sosial şəbəkələrdə yayılan videolarda Asi çayının tarixdə ilk dəfə tam quruması açıq şəkildə görünür. Aktivistlərin paylaşdığı görüntülər yağıntıların kəskin azalması və çayı bəsləyən bulaqların axınının zəifləməsi nəticəsində suyun tamamilə çəkildiyini göstərir.

Asi çayının uzunluğu təxminən 571 kilometrdir. Çay Livanın Bəqa vadisindən başlayaraq şimala – Suriyanın daxilindən keçir və bölgədəki əksər çayların əksinə olaraq cənuba yox, şimala doğru axır. Daha sonra Türkiyənin Hatay vilayətində, Süveyda şəhərinin yaxınlığında Aralıq dənizinə tökülür. Çayın üzərində yerləşən əsas şəhərlər: Hums, Hama, Cisr əş-Şuğur və Antakiyadır.

Suyun kəsilməsi ilə birlikdə Hama əyalətinin bəzi kənd təsərrüfatı bölgələrində fermerlər məhsullarını suvarmaq üçün kanalizasiya sularından istifadə etməyə məcbur qalıblar. Bu isə sağlamlıq risklərini artırıb, kənd təsərrüfatı məhsullarının keyfiyyətini təhlükə altına atıb.

Asi çayı bundan əvvəl — təxminən 54 il əvvəl — axınında ciddi azalma yaşamışdı. Lakin indiki vəziyyət, çayın tam quruması, tarixdə görünməmiş hadisə sayılır. Çünki çay bölgənin əsas suvarma mənbəyidir və həmişə kənd təsərrüfatının “can damarı” kimi qəbul edilib.

Nəticədə fermerlərin zərəri artıb, suvarmanın maya dəyəri yüksəlib, bitki örtüyü və su canlıları da ciddi zərər görüb.

Keçən ilin sentyabrında dərc olunan ABŞ hesabatında qeyd olunurdu ki, Şərqi Aralıq dənizi bölgəsi son onilliklərin ən ağır quraqlığı ilə üz-üzədir. Hesabatda Suriyanın bu böhrandan ən çox zərər çəkən ölkə olduğu vurğulanırdı — yağışların azalması, çay və göllərin quruması və şəhərlərdə suyun günlərlə kəsilməsi ölkəni dərin ekoloji və humanitar böhranla üz-üzə qoyub.

Məqalədə: #Suriya çaylarının quruması #Şərqi Aralıq dənizi quraqlıq #Suriya su çatışmazlığı #çay yataqlarının quruması #yağışların azalması #Suriyada su qıtlığı kənd təsərrüfatına necə təsir edir? #Aralıq dənizi regionunda quraqlığın əsas səbəbləri hansılardır?

Mövzu üzrə digər xəbərlər

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq

İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib

18:27

Son Xəbərlər

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
19:46
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
19:42
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
19:21
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.