9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Dirçəliş Hələbdən başladı – Prezident Əhməd əş-Şəraa

Suriya Prezidenti Əhməd əş-Şəraa Hələbin Bəşşar Әsəd rejimindən azad edilməsinin birinci ildönümü münasibətilə şəhərdə keçirilən tədbirlərdə iştirak edib. Hələb 2011-ci ildə rejimə qarşı ayağa qalxan ilk Suriya şəhəri olmuşdu və ardınca digər bölgələr də etirazlara qoşulmuşdu. Bir il əvvəl — 29 noyabrda — Şəraa rəhbərliyindəki ittifaq qüvvələri Hələbi nəzarətə götürərək Suriyanın ikinci böyük şəhərində tam hakimiyyət qurmuşdu.

1 Dekabr 2025 15:32
Dirçəliş Hələbdən başladı – Prezident Əhməd əş-Şəraa

BAKI,AzerVoice

Suriya Prezidenti Əhməd əş-Şəraa Hələbin Bəşşar Әsəd rejimindən azad edilməsinin birinci ildönümü münasibətilə şəhərdə keçirilən tədbirlərdə iştirak edib. Hələb 2011-ci ildə rejimə qarşı ayağa qalxan ilk Suriya şəhəri olmuşdu və ardınca digər bölgələr də etirazlara qoşulmuşdu. Bir il əvvəl — 29 noyabrda — Şəraa rəhbərliyindəki ittifaq qüvvələri Hələbi nəzarətə götürərək Suriyanın ikinci böyük şəhərində tam hakimiyyət qurmuşdu.

Prezident əş-Şəraa SANA agentliyinə açıqlamasında bildirib ki, Hələbin azad olunması “bütün Suriya Ərəb Respublikasının azad edilməsinin başlanğıcıdır”.

“Bu gün qeyd etdiyimiz qələbələrə çatmaq üçün xalqımız böyük qurbanlar verib”, — deyə o bildirib.

“Hələb yenidən dirçəldi və bu dirçəlişlə birlikdə bütün Suriya yenidən doğuldu. Məhz bu anlar ölkəmizin yeni tarixini yazır — Hələbin özündə və onun qürurlu sitadeli üzərində”, — prezident yüzlərlə şəhər sakinindən ibarət auditoriya qarşısında deyib.

Çıxışdan sonra əş-Şəraa Hələb qalasının qülləsinə qalxaraq böyük Suriya bayrağının yanında şəkil çəkdirib.

Suriya dövlət başçısı qeyd edib ki, Hələbin azad edildiyi gün o, artıq anlayırdı: Dəməşqin azad olunması sadəcə zaman məsələsidir.

“Hələbin divarlarından biz azad Dəməşqi gördük. Hələb bizim üçün bütün Suriyaya yol açan qapı oldu. Hələbin azadlığından sonra Suriyanın uşaqlarının üzünə yenidən təbəssüm qayıtdı.”-deyə o bildirib.

Onun sözlərinə görə, şəhərin azad olunması “bütün xalqda Suriyanın öz birliyini və yerini yenidən bərpa edəcəyinə dair ümid yaradıb”.

“Biz bu gün sadəcə Hələbin azad edilməsinin ildönümünü qeyd etmirik. Bu, bütün Suriya və bütün region üçün yeni tarixin yazılmasına işarə edən dönüş nöqtəsidir. Lakin qarşıda uzun bərpa yolu dayanır.”

Məqalədə: #Suriya #Hələb qalası #Əhməd Şəraa #Suriya münaqişəsi #Suriya Hazırlıq Komitəsi #Silahlı qruplar və Suriya #Suriya hava məkanı #Suriya-Azərbaycan münasibətləri #Hələb #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi #Əhməd Şəraa və Netanyahu görüşü #Əhməd əş-Şəraa #Əhməd Əl-Şəraa Bakıda #Hələb və mədəni irs #İlham Əliyev və Əhməd Əl-Şəraa görüşü #Əhməd əş-Şəraa açıqlamaları

Mövzu üzrə digər xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.