8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Papa Livanda çıxış edib

Papa XIV Leo Livana üç günlük səfərinin ilk çıxışında ölkənin siyasi, dini və ictimai rəhbərlərinə müraciət edərək sülhün “yalnız balans deyil, birlikdə yaşamağı bacarmaq” olduğunu bildirib.

1 Dekabr 2025 19:12
Papa Livanda çıxış edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Papa XIV Leo Livana üç günlük səfərinin ilk çıxışında ölkənin siyasi, dini və ictimai rəhbərlərinə müraciət edərək sülhün “yalnız balans deyil, birlikdə yaşamağı bacarmaq” olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Beyrutda keçirilən tədbirdə 400-dən çox yüksək vəzifəli şəxsin qarşısında danışan pontifik Livanın müxtəlifliyinin, dözümlülüyünün və yenidən qurmaq iradəsinin Yaxın Şərq üçün nümunə təşkil etdiyini vurğulayıb.

Pontifik deyib ki, dünya üzrə çoxsaylı ölkələrdə insanlar artıq tarixi dəyişdirə biləcəklərinə inanmırlar və böyük qərarların “az sayda şəxsin əlində cəmləşdiyi” hissi güclənir. O, Livanın iqtisadi böhran, regional qeyri-sabitlik və kimlik çətinlikləri yaşadığını, lakin “ümidi yaşatmaq bacarığını” qoruduğunu bildirib.

Gənclərə ünvanlanan çağırışında Papa ölkəni tərk etməməyə, və xalqa xidmət ruhunu qorumağa səsləyib. Son illərdə genişmiqyaslı miqrasiya ilə üzləşmiş Livanda bu mesaj xüsusi önəm daşıyır.

Pontifik çıxışında icmalar arasında barışığın gücləndirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, “sülh bir dam altında ayrı-ayrı yaşamaq deyil, sülh bağlamış insanlar kimi birlikdə yaşamaqdır”.

Papa həmçinin qadınların sülh quruculuğunda əsas rol daşıdığını və onların sosial, siyasi və dini həyatda daha geniş təmsilçiliyinin Livanın yenilənməsi üçün zəruri olduğunu qeyd edib.

Beyrutdakı tədbirdə çıxış edən Prezident Cozef Aun Livanın “kiçik ölçüsünə baxmayaraq böyük missiya daşıdığını” və çoxkonfessiyalı modelin dünya üçün unikal nümunə olduğunu bildirib. Aun vurğulayıb ki, “xristianların yoxluğu ölkənin balansını, müsəlmanların yoxluğu isə moderasiyanı məhv edər”.

Səfər rəsmi mərasimlə qarşılanıb. Papa XIV Leo-nun təyyarəsi Beyrutdakı Rafiq Hariri Hava Limanına daxil olduğu an iki hərbi qırıcı tərəfindən müşayiət olunub, 21 top atəşi açılıb, ölkə kilsələrinin zəngləri çalınıb. Minlərlə insan, o cümlədən uşaqlar pontifikə çiçəklər, duz və Livan torpağı təqdim ediblər.

Səfərin marşrutu boyunca, o cümlədən Güney Beyrut və Baabda istiqamətində yüzlərlə sakin yağışlı havaya baxmayaraq yollara çıxaraq pontifiki alqışlarla müşayiət ediblər. Prezident Sarayında keçirilən görüşlərdə bütün dini icmaların liderləri, diplomatlar, vətəndaş cəmiyyəti təmsilçiləri və Hizbullah nümayəndələri iştirak ediblər.

Məqalədə: #Papa XIV Leo Livanda: Sülh birlikdə yaşamağı bacarmaqdır #Livanda tarixi səfər: Papa sülh və birgəyaşama çağırışı etdi #Papa XIV Leo gəncləri ölkəni tərk etməməyə səslədi #Livan liderləri Papanın çıxışında sülh və ümid mesajı aldı #Beyrutda Papanı 21 top atəşi və minlərlə insan qarşıladı #Prezident Aoun: Livan modelini dünyada heç kim əvəz edə bilməz #Papa qadınların sülh quruculuğundakı rolunu vurğuladı #Livanda konfessional həmrəylik çağırışı: Papanın ilk mesajları #Papanın Livan səfəri izdihamla qarşılandı #Pontifik: Sülh hər dəfə yenidən başlanmalı olan öhdəlikdir #Papa XIV Leo Livanda sülh mesajı verdi #Livanın birgəyaşama modeli Papanın gündəmində #Gənclərə çağırış: Papa Livanı tərk etməməyi tövsiyə etdi #Beyrut Papanın səfərini necə qarşıladı? #Papanın Livan çıxışı – ümid və barış mesajları #Prezident Aoun: Livan əbədi barış nümunəsidir #Səfərin ilk günü: rəsmi mərasimlər və izdihamlı qarşılama #Qadınların roluna xüsusi vurğu – Papanın mesajı #Livan üçün həlledici an: Papa XIV Leo-nun çıxışı #Ümidin dili: Pontifik Livan üçün yeni çağırış etdi

Mövzu üzrə digər xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən

Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı

07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.