11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu noyabrda Fələstinə iki mindən çox hücum həyata keçirib

İsrail ordusu və Fələstin torpaqlarını zəbt edən israillilər noyabr ayında işğal altındakı İordan çayının Qərb Sahilində 2 min 144 hücum həyata keçirib. Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrım Divarı və Yəhudi Məskunlaşma Birləşmələri ilə Mübarizə Şurası İsrailin pozuntuları və kolonial genişlənmə fəaliyyətlərinə dair noyabr ayı hesabatını yayımlayıb. Şuranın hesabatında qeyd olunub ki, noyabr ayında Qərb Sahilində İsrail ordusu 1523, Fələstin torpaqlarını zəbt edən israillilər isə 621 hücum həyata keçirib. Bildirilib ki, bu hücumlar İsrailin Fələstin xalqına, torpaqlarına və əmlakına qarşı davam edən zorakılıq fəaliyyətlərinin davamıdır.

3 Dekabr 2025 09:15
İsrail ordusu noyabrda Fələstinə iki mindən çox hücum həyata keçirib

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu və Fələstin torpaqlarını zəbt edən israillilər noyabr ayında işğal altındakı İordan çayının Qərb Sahilində 2 min 144 hücum həyata keçirib.

AzerVoice xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrım Divarı və Yəhudi Məskunlaşma Birləşmələri ilə Mübarizə Şurası İsrailin pozuntuları və kolonial genişlənmə fəaliyyətlərinə dair noyabr ayı hesabatını yayımlayıb.

Şuranın hesabatında qeyd olunub ki, noyabr ayında Qərb Sahilində İsrail ordusu 1523, Fələstin torpaqlarını zəbt edən israillilər isə 621 hücum həyata keçirib. Bildirilib ki, bu hücumlar İsrailin Fələstin xalqına, torpaqlarına və əmlakına qarşı davam edən zorakılıq fəaliyyətlərinin davamıdır.

Hesabatda hücumların xüsusilə Ramallah, Əl-Xəlil, Beytüllahim və Nablus vilayətlərində cəmləşdiyi vurğulanıb. Ramallahda 360, Əl-Xəlildə 348, Beytüllahimdə 342, Nablusda isə 334 hücumun qeydə alındığı qeyd edilib.

Sənəddə bu hücumların birbaşa fiziki zorakılığı, ağacların kökündən çıxarılmasını, sahələrin yandırılmasını, zeytun yığanların öz tarlalarına çatmasının qarşısının alınmasını, malların müsadirəsini, evlərin və kənd təsərrüfatı obyektlərinin dağıdılmasını əhatə etdiyi bildirilib.

Hesabatda vurğulanıb ki, artan pozuntular baş verənlərin təsadüfi olmadığını, əksinə, torpaqları yerli sakinlərdən təmizləməyi və irqi əsaslı kolonial sistemi tətbiq etməyi hədəfləyən sistemli və təşkilatlanmış bir yanaşmanı təsdiqləyir. Qeyd olunub ki, Fələstin torpaqlarını zəbt edən israillilərin İsrail ordusunun dəstəyi ilə təşkil etdiyi hücumlar nəticəsində 466-sı zeytun ağacı olmaqla ümumilikdə 1986 ağac kökündən çıxarılaraq məhv edilib.

Hesabatda bildirilir ki, Fələstin torpaqlarını zəbt edən israillilər 19 yeni məskunlaşma məntəqəsi qurmağa çalışır və bunun yalnız “işğalçı” İsrail dövlətinin siyasi rəhbərliyindən gələn açıq təlimatlarla mümkün ola biləcəyi, sahədə faktiki vəziyyət yaratmaq və Fələstin coğrafiyasını daha da parçalamaq məqsədi daşıdığı qeyd olunur.

Şuranın hesabatında İsrailin “dövlət torpaqlarının sərhədlərinin dəyişdirilməsi, müsadirə və həbs qərarları” yolu ilə fələstinlilərin 2 min 800 dönüm torpağına əl qoyduğu bildirilir.

Hesabatda, həmçinin İsrailin fələstinlilərin tikinti fəaliyyətlərinə davam edən maneələri və Fələstin kənd və qəsəbələrinin təbii inkişafına qoyulan məhdudiyyətlər çərçivəsində 76 tikiliyə təsir edən 46 söküntünün sənədləşdirildiyi və digər tikililər üçün 51 söküntü bildirişi verildiyi qeyd edilib.

Digər tərəfdən, hesabatda İsrail planlaşdırma orqanlarının noyabr ayında 23 struktur planı nəzərdən keçirdiyi, onlardan 19-nun Qərb Sahilindəki məskunlaşmaları, 4-nün isə Qüdsdə İsrail bələdiyyəsinin sərhədləri daxilindəki məskunlaşmaları əhatə etdiyi bildirilib.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #Fələstin Azadlıq Təşkilatı #Fələstin Azadlıq Təşkilatı (FAT)

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

18:34
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
Yaxın Şərq

İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib

17:39

Son Xəbərlər

Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.