Bu gün altıgünlük müharibə başladı
1967-ci ilin 5 iyun tarixində İsrail və qonşu ərəb dövlətləri arasında Altıgünlük müharibə başladı
Fələstin Azadlıq Təşkilatı necə yarandı və Fələstin siyasətində hansı rol oynadı?
Təşkilatın əsası 1964-cü ildə Qahirədə keçirilən Ərəb Dövlətləri Liqasının zirvə toplantısında qoyulub
Bu gün Fələstin Azadlıq Təşkilatı yaradıldı
1969-cu ilin fevral ayında Yasir Ərəfat təşkilatın rəhbəri seçildi
Şanlı Aprel döyüşləri, Folklend müharibəsi və İstanbulun fəthi ərəfəsi: 2 aprel hadisələri
Tarix bu gün qlobal imperiyaların süqutuna, yeni qitələrdə hərbi işğallara və qəhrəmanlıq dastanlarına şahidlik edib.
İsrail ordusu noyabrda Fələstinə iki mindən çox hücum həyata keçirib
İsrail ordusu və Fələstin torpaqlarını zəbt edən israillilər noyabr ayında işğal altındakı İordan çayının Qərb Sahilində 2 min 144 hücum həyata keçirib. Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrım Divarı və Yəhudi Məskunlaşma Birləşmələri ilə Mübarizə Şurası İsrailin pozuntuları və kolonial genişlənmə fəaliyyətlərinə dair noyabr ayı hesabatını yayımlayıb. Şuranın hesabatında qeyd olunub ki, noyabr ayında Qərb Sahilində İsrail ordusu 1523, Fələstin torpaqlarını zəbt edən israillilər isə 621 hücum həyata keçirib. Bildirilib ki, bu hücumlar İsrailin Fələstin xalqına, torpaqlarına və əmlakına qarşı davam edən zorakılıq fəaliyyətlərinin davamıdır.
ABŞ Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək
ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq istəyən Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək. Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb. “Dövlət katibi Marko Rubionun qərarına əsasən, BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası üzvlərinə viza verilməyəcək, artıq verilmiş vizalar isə ləğv olunacaq” - deyə, açıqlamada vurğulanıb.
Məhəmməd Mustafa kimdir?
Fələstində 2019-cu ildən Məhəmməd Ştiyyenin rəhbərlik etdiyi hökumət bu gün istefa ərizəsini prezident Mahmud Abbasa təqdim edib. Bu, Qəzza zolağı və İordan çayının qərb sahilində işləri idarə edəcək ixtisaslı texnokratlardan ibarət yeni hökumətin formalaşmasından xəbər verir.