4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İran mənşəli kiberhücumlar İsraildə siyasi gərginliyi artırır

İsraildə İran mənşəli kiberhücumlar fonunda təhlükəsizlik və siyasi gündəm kəskinləşib. İsrailin Kibertəhlükəsizlik İdarəsi minlərlə vətəndaşa göndərilən şübhəli qısa mesajlarla bağlı xəbərdarlıq edərək, bu mesajların İran adına casusluq məqsədilə şəxslərin cəlb edilməsinə yönəldildiyini bildirib.

20 Dekabr 2025 06:00
İran mənşəli kiberhücumlar İsraildə siyasi gərginliyi artırır

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsraildə İran mənşəli kiberhücumlar fonunda təhlükəsizlik və siyasi gündəm kəskinləşib. İsrailin Kibertəhlükəsizlik İdarəsi minlərlə vətəndaşa göndərilən şübhəli qısa mesajlarla bağlı xəbərdarlıq edərək, bu mesajların İran adına casusluq məqsədilə şəxslərin cəlb edilməsinə yönəldildiyini bildirib.

Qurumun açıqlamasına görə, son saatlarda İsraildə çoxsaylı telefon nömrələrinə ingilis dilində yazılmış mesajlar göndərilib. Mesajlarda alıcıların İran qurumları ilə əməkdaşlığa razı salınmağa çalışıldığı qeyd olunur. Rəsmi açıqlamada bunun qəsdən həyata keçirilən və cəmiyyətdə panika yaratmağa hesablanmış zərərli əməliyyat olduğu vurğulanıb.

Məlumata əsasən, mesajlarda İran tərəfinin alıcıya “kəşfiyyat işi” təklif etdiyi və maraqlanan şəxslərin ən yaxın İran diplomatik nümayəndəliyi ilə əlaqə saxlamasının istəndiyi bildirilib. İsrailin Kibertəhlükəsizlik İdarəsi mesajların İsrail nömrələrindən göndərildiyini, hədəflər arasında yüksək vəzifəli şəxslərin də ola biləcəyini açıqlayıb.

Qurum vətəndaşlara bu mesajlara cavab verməməyi, göndərən nömrələri bloklamağı, mesajları spam kimi işarələməyi və onların yayılmasının qarşısını almağı tövsiyə edib. Hadisə ilə bağlı araşdırmaların təhlükəsizlik strukturları ilə birgə davam etdiyi bildirilib.

Kiber təhlükəsizlik üzrə mütəxəssislər yayılan mesajların, İsrailin sabiq baş naziri Naftali Bennettin telefon məlumatlarının sızdırılması ilə əlaqəli ola biləcəyini istisna etmirlər. Qeyd olunur ki, bu cür məlumat sızmaları xüsusilə psixoloji və ya maliyyə baxımından həssas vəziyyətdə olan şəxslərin hədəfə alınması riskini artırır.

Xatırladaq ki, çərşənbə günü İranla əlaqəli bir haker qrupu Bennettə məxsus şəxsi telefon məlumatlarını ələ keçirdiyini açıqlayıb. Qrup 141 səhifəlik telefon qeydlərini, şəxsi yazışmaları və gizli danışıqları yayımladığını iddia edib.

İsrail mediasının məlumatına görə, bu hadisə Baş nazir Binyamin Netanyahunu siyasi rəqibi Bennettə qarşı açıqlama verməyə sövq etsə də, yaxın ətrafı onu bundan çəkindirib. Mənbələr bildirir ki, məsələ təhlükəsizlik baxımından daha dərin risklər daşıdığı üçün siyasi ritorikadan çəkinmək qərarı verilib.

Qeyd olunur ki, bundan beş il əvvəl Netanyahu seçki dövründə rəqibi Beni Qantsın telefonunun İran hakerləri tərəfindən ələ keçirildiyini iddia etmiş və bunu siyasi arqument kimi istifadə etmişdi.

Hadisədən sonra Bennett tərəfinin açıqlamaları da diqqət çəkib. Əvvəlcə iddialar təkzib olunub və telefonun istifadədə olmadığı bildirilib. Daha sonra cihazın sındırılmadığı açıqlanıb. Sonrakı bəyanatda isə Bennett məsələnin təhlükəsizlik qurumları tərəfindən araşdırıldığını təsdiqləyərək, bunun siyasi proseslərə təsir göstərmək məqsədi daşıya biləcəyini bildirib.

Bennett qeyd edib ki, telefon deyil, “Telegram” hesabı müxtəlif üsullarla ələ keçirilib və sızdırılan məlumatların bir hissəsi real, bir hissəsi isə saxtadır.

Özünü İranın kəşfiyyat strukturları ilə əlaqəli təqdim edən “Handala” adlı haker qrupu Bennettlə bağlı istehzalı açıqlama yayımlayıb. Qrup bəyan edib ki, “kibertəhlükəsizlikdə lider olduğunu iddia edən bir şəxsin şəxsi məlumatlarının asanlıqla ələ keçirilməsi ciddi suallar doğurur”.

Məqalədə: #İran mənşəli kiberhücumlar İsraildə siyasi gərginliyi artırır #Bennettin telefon qalmaqalı İsraildə nəyi dəyişir? #İsraildə təhlükəsizlik və siyasət kəsişir #İsrail İranla əlaqəli kiberəməliyyatlar barədə xəbərdarlıq edib #Bennettin məlumat sızması İsraildə rezonans doğurdu #İsraildə casusluq məqsədli mesajlar araşdırılır #İsrail İran mənşəli kiberhücumlarla bağlı açıqlama verdi #Israel warns of Iranian-linked cyber recruitment attempts #Cyberattack allegations spark political debate in Israel #İsrail: İran mənşəli SMS hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib #İsraildə kiberhücum qalmaqalı: Bennettin telefonu gündəmdə #İsrail Kibertəhlükəsizlik İdarəsi casusluq mesajları barədə açıqlama verdi

Mövzu üzrə digər xəbərlər

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

20:19
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
20:19
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.